Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə... Sadıqov
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sabah bizi adlı-sanlı rəqibə qarşı çətin qarşılaşma gözləyir. İlk oyunda əldə etdiyimiz üstünlüyə baxmayaraq, rəqibin güclü heyəti, təcrübəli baş məşqçisi və öz azarkeşləri önündə oynayacaq olması işimizi çətinləşdirir. Onların matçın gedişatını dəyişmək üçün sonadək mübarizə aparacağını bilirik. Komandamız buna hazırdır. Oyunun maraqlı keçəcəyini düşünürəm və əsas vaxtda növbəti mərhələyə yüksələcəyimizə ümid edirəm.
Axar.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında deyib.
“Mövsümün ilk rəsmi matçları həmişə müəyyən çətinliklərlə yadda qalır. Bilirik ki, rəqib sabah daha yaxşı çıxış etməyə çalışacaq. Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki hazırlıq, həm də taktiki baxımdan daha keyfiyyətli oyun sərgiləməliyik. Tam optimal formaya çatmaq üçün isə adətən 3-4 rəsmi görüş keçirmək lazımdır”, - deyə o bildirib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun “Zirə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Torpedo” – “Zirə” cavab görüşü iyulun 16-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 İyul 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















