Icma.az
close
up
RU
Egey dənizində vulkan və zəlzələ qorxusu: Yunan adalarında hazırda vəziyyət necədir?

Egey dənizində vulkan və zəlzələ qorxusu: Yunan adalarında hazırda vəziyyət necədir?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar Egey dənizində seysmik aktivliyin artması yunan adalarında böyük narahatlıq yaradıb. Xüsusən də dolanışığını turizmdən təmin edən adalar turistlərin təkanlardan təşvişə düşməsi ilə çətin dövr yaşayır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Haber Global"ın dərc etdiyi yazıda bəhs edilib.

Məlumata görə, Yunanıstan Seysmoloji İnstitutu son həftələrdə Egey dənizində 12 mindən çox təkan qeydə alıb ki, bunlardan bəzilərinin gücü 5 baldan çox olub. Həmçinin yeraltı təkanlar Santorini və Yamurgi kimi məşhur adalarda da hiss olunub. Bu yeraltı təkanların mümkün güclü zəlzələnin əlaməti ola biləcəyi ehtimalı əhali arasında təşvişə səbəb olub.

Qeyd edək ki, Yamurgi və Santorini Egey dənizinin ən çox ziyarət edilən adaları sırasındadır. Lakin son zamanlar baş verən təkanlar səbəbindən, demək olar, kimsəsiz qalıb. Qış aylarında, onsuz da, sakitliyin hökm sürdüyü adalarda indi əhalinin əksəriyyəti evlərini tərk etməməyə üstünlük verir.

Turizm sektoru xüsusilə yay mövsümü ərəfəsində böyük narahatlıq yaşayır. Santorinidəki hotel və iş yeri sahibləri son vaxtlar rezervasiyaların ləğvi hallarının artması səbəbindən maliyyə çətinlikləri ilə üzləşiblər. Səlahiyyətlilər sektora dəstək və stimul vermək məqsədilə müxtəlif tədbirlər üzərində işləyirlər.

Yamurgi adası sakinlərinin yaddaşında 1956-cı ildə baş vermiş böyük zəlzələ və ondan sonra gələn nəhəng dalğaların yaratdığı dağıntılar yer alır. İnsanlar hələ də zəlzələ ilə bağlı travmalarını xatırlamağa davam edirlər. Santorini minlərlə il əvvəl baş vermiş vulkan püskürmələri ilə tanınır. Hətta bu gün də adanın strukturunda bu vulkanik fəaliyyətlərin izlərini görmək mümkündür.

Son zamanlar zəlzələlərin tezliyinin artması alimləri regionda vulkanik aktivliyin yenidən başlaması ehtimalı ilə bağlı təşvişə salıb. Hazırda geoloqlar ərazidə vulkanik aktivliyi müşahidə edərək mümkün püskürmə ehtimalını qiymətləndirməyə çalışırlar.

Bölgədəki hökumət strukturları tərəfindən tikililərin dayanıqlılığının yoxlanması və böyük bir fəlakətə qarşı hazırlıq planlarının təcili işə salınması üzrə işlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri