Icma.az
close
up
RU
Əhali daima sağlam, gənc olmalıdır

Əhali daima sağlam, gənc olmalıdır

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Əhalinin təbii artımı mövzusu hal-hazırda bütün ölkələrdə aktual məsələlərdən biridir, çünki bəzi ölkələrdə qlobal miqyasda sərt enmələr olur. Azərbaycanı təhlil edən zaman statistik rəqəmlərdə demoqrafik artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur. Bu qlobal prosesin tərkib hissəsidir, çünki beynəlxalq miqyasda çoxuşaqlı ailələrə maraq yoxdur. Ailə planlaşmasında 1, 2 ən yaxşı halda isə 3 uşağa üstünlük verilir. Azərbaycanda da qlobal ləngimə bu tendensiya ilə bağlıdır. Dünyada elə bir hadisə baş verməsin ki, digər ölkələrə də təsir göstərməsin, eynilə Azərbaycan da dünyanın bir parçasıdır. Azərbaycan ailəsi düşünür ki, çox olmaqdansa az uşaq olsun, onu keyfiyyətli, ağıllı, daha yüksək şəkildə təhsillə təmin edərək böyütsün". Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, insanların bir qismi isə ümumiyyətlə ailə məsuliyyəti daşımaq istəmir: "Ona görə də Azərbaycanda əhalinin təbii artımında ləngimə var. 2023-cü ilin statistikasına baxanda keçən illərə nisbətən 15 % əhalinin təbii artımında azalma müşahidə olunur. Həmçinin 2024-cü ildə də bu hadisəyə rast gəlinir. Əhalinin təbii artımı cəmiyyətin qocalmasını şərtləndirə bilər. Əgər əhalidə yaşlı nəsil 8% faizdən çoxdursa artıq o cəmiyyət qoca sayılır. Azərbaycan Sosial Xidmətlər haqqında da göstərilən qanunda 65-70 yaşlı insanların sayı əhalinin 11% faizini təşkil edir. Yəni Azərbaycanda da əhalinin qocalması bizi orta perspektivdə təhdid edə bilər. Bu bir baxımdan dövlət üçün maliyyə yükü hesab edilir. İkinci növbədə isə xarici miqrantların marağını Azərbaycanın əmək bazarına artırır, həmçinin o ölkələrin rastlaşdığı vəziyyəti Azərbaycanda da görünə bilər. Miqrantların çoxalması həm əmək bazarında, həm də milli genefonda təhlükəli vəziyyət yarada bilər".

Sosioloq həmçinin qeyd edib ki, əhalinin təbii artımının aşağı düşməsi orta prespektivdə səfərbərliklə bağlı problemlər yarada bilər: "Eyni zamanda ölkənin qüdrəti onun keyfiyyətli əhalisi ilə ölçülür. Bu gün ölkələr çalışır ki, demoqrafik siyasət yürütsün. Rəcəb Tayyib Ərdoğan demoqrafik siyasəti təşviq edir, Türkiyə minimum 3 uşaqlı olmaqla çıxış edir. Bununla yanaşı Türkiyə qardaş Azərbaycan üçün 5 uşaqlı ailələrlə olmasını tövsiyyə etdi. Biz təbii artımı təşviq etməyə çalışmalıyıq. Azərbaycan elə bir ölkədə yerləşir ki, onun daima keyfiyyətli əhali prioriteti olmalıdır, əhali artımı daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki Azərbaycan geosiyasi çarpışma nöqtəsində yerləşir. Buna görə də əhali daima sağlam, gənc olmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri