Icma.az
close
up
RU
Əhali niyə dollar satır?

Əhali niyə dollar satır?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ildə bankların əhaliyə satdığı nağd ABŞ dollarının həcmi illik müqayisədə 45% azalıb, əhalidən banklara satılan dolların həcmi isə 26% artaraq təxminən 2 milyard 85,2 milyon dollara yüksəlib.

Valyuta bazarında müşahidə olunan bu əks istiqamətli dinamika manatla bağlı gözləntilərin dəyişib-dəyişmədiyi, prosesin struktur xarakter daşıyıb-daşımadığı və 2026-cı ildə mümkün risk və imkanların nədən ibarət ola biləcəyi ilə bağlı suallar doğurur.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Kredit.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, əhalinin banklara satdığı dolların həcminin artması və bankların əhaliyə satdığı dolların azalması təsadüfi göstərici deyil və bu proses bir neçə vacib məqamdan xəbər verir. Onun sözlərinə görə, mövcud vəziyyət təkcə cari bazar davranışını deyil, eyni zamanda manatla bağlı gözləntiləri və yaxın perspektiv üzrə valyuta bazarının mümkün istiqamətlərini proqnozlaşdırmağa imkan yaradır:

“Bunlardan birincisi odur ki, bu hal ölkədə devalvasiya riskini aşağı salır. Çünki devalvasiya riskini daha çox artıran faktor dollara olan tələbin artmasıdır və artan tələbi qarşılaya bilməyəndə məhz devalvasiya ilə bağlı qərar verilir. Hazırkı vəziyyətdə isə bu devalvasiya riskini aşağı qiymətləndirir. Digər bir məsələdən ki, bu vəziyyət onu göstərir ki, dollarla bağlı bir təşviş yaşanmış psixoloji olaraq insanlar devalvasiya riskini aşağı olduğunu qəbul etmişlər. Yəni bununla bağlı hər hansısa bir panika yoxdur.

Belə mənzərədə bilavasitə insanların daha çox manata üstünlük verməsi, eyni zamanda maliyyə bazarlarında manatın daha çox istifadə edilən alətə çevrilməsi nəticə etibarı ilə zəncirvari qaydada manata olan etibarı yüksəldir”.

Valyuta bazarında əhalinin davranışı ilə bağlı rəqəmlər zahirən sadə görünsə də, prosesin arxasında dayanan səbəblər daha dərindir. Məsələ təkcə dolların satılması faktı deyil, bu davranışın hansı motivlərdən qaynaqlandığıdır. Görünən səbəblərlə yanaşı, kökündə duran əsas amillərin təhlili bazarda real risklərin olub-olmadığını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

İqtisadçı Eldəniz Əmirov bu məqama xüsusi diqqət çəkərək belə qeyd edib:

“Burada əsas məsələ insanların bu davranışlarının kökündə hansı səbəblərin dayanmasıdır. Yəni görünən səbəblər var, bir də kökdə duran əsas amillər mövcuddur. Mən hesab edirəm ki, əhalinin dollar satmasına əsasən üç səbəb təsir edir.
Birinci səbəb dollarla bağlı qlobal qeyri-müəyyənlikdir. İkinci səbəb manatın uzunmüddətli stabil qalması nəticəsində insanların manata olan inamının artmasıdır. Üçüncü səbəb isə əhalinin artan xərcləri gəlirləri ilə tam qarşılaya bilməməsi fonunda əvvəlki illərdə topladığı dollar ehtiyatlarını satışa çıxarmasıdır.
Bu səbəblərin hər biri bazarın real prosesləridir və burada qorxulu hər hansı məqam yoxdur. Qeyd etdiyim səbəblər arasında birinci amilin – yəni qlobal səviyyədə dollarla bağlı qeyri-müəyyənliyin – bu prosesdə payının çox aşağı olduğunu düşünürəm. Çünki Azərbaycan əhalisinin qlobal dollar riskləri əsasında davranış formalaşdırmasını real hesab etmirəm”.

Valyuta bazarında müşahidə olunan davranışın davamlılığı ilə bağlı əsas sual ondan ibarətdir ki, bu proses struktur xarakterlidir, yoxsa maliyyə imkanlarının tədricən tükənməsi ilə məhdudlaşan müvəqqəti mərhələdir. İqtisadçı Eldəniz Əmirovun fikrincə, hazırkı mərhələdə prosesin ağırlıq mərkəzi məhz üçüncü səbəb üzərində cəmləşir və bu amil uzunmüddətli riskləri də özü ilə gətirə bilər:

“Düşünürəm ki, hazırda əsas rol üçüncü səbəbə məxsusdur. Digər iki səbəb – manata inamın yüksək səviyyədə olması və manatla olan depozitlər üzrə faizlərin yüksək təklif edilməsi – paralel şəkildə təsir göstərir. Dollar tələbinin azalacağı ehtimalı fonunda insanların manata yönəlməsi və nəticə etibarilə əvvəlki illərdə topladıqları dollar ehtiyatlarını satması bu davranışı formalaşdırır.

Bu prosesin uzunmüddətli davam edəcəyini düşünmürəm. Çünki insanların yığdığı vəsait sonsuz deyil. Bu vəsait 2026-cı ildə də tükənə bilər, 2027-ci ildə də. Əgər səbəb insanların əlində saxladıqları dolları gündəlik və əsas ehtiyaclarını ödəmək məqsədilə satmasıdırsa, bu riskli vəziyyətdir. Belə bir proses bir neçə il davam edə bilər, lakin davamlı və uzunmüddətli ola bilməz. Əllərdə olan dollar ehtiyatları tükəndikdən sonra isə alıcılıq qabiliyyəti ciddi şəkildə azalacaq. Alıcılıq qabiliyyətinin aşağı düşməsi isə iqtisadiyyatın bütün sektorlarına mənfi təsir göstərəcək”,- deyə iqtisadçı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Fevral 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1408

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see701

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see545

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see534

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see457

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see435

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see365

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see295

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see294

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see285

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see266

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri