Əhməd Cavadın nəticəsi türkiyəli yazıçıya cavab verdi: "Tarixdən xəbəri yoxdur"
Bakupost saytına istinadən Icma.az xəbər verir.
"Türkiyənin tanınmış insanının dəqiqləşdirilməmiş bir xəbər yayması məni təəssüfləndirir. Məncə, Zülfü Livaneli tarixi yaxşı oxumalıdır. Onun səsləndirdiyi fikrin heç bir tarixi əsası yoxdur. "Çırpınırdı Qara dəniz" şeirinin yaranması dövrün tələbi idi".
Bakupost.az xəbər verir ki, bu sözləri Əhməd Cavadın nəticəsi Cavad Axundzadə bildirib.
"Sayat Nova 18-ci əsrdə yaşayıb. Həmin vaxtda da belə bir şeir yarana bilməzdi. Dövrün siyasi-ictimai ab-havası başqa idi. Şeirin yazılma tarixi var. Burada qeyri-adi məntiq axtarmaq lazım deyil. Bu bir türkün qəhrəmanlıq dastanıdır.
XVIII əsrdə türkçülük ideologiyası yox idi. Bu hərəkatın yaranması və inkişafı XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Şeir təpədən-dırnağa qədər türklük məfkurəsi ilə bağlıdır. Ulu babam Türkiyəni çox sevirdi. Turançılıq ideologiyası uğrunda mübarizə aparırdı və bu yolda da şəhid oldu", - deyə o qeyd edib.
Xatırladaq ki, Z.Livanelli özünün "YouTube" kanalında yayımladığı podkastında şair Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirinin müəllifliyinin erməniəsilli aşıq Sayat Novaya aid olduğunu iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 Noyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















