Icma.az
close
up
RU
Əhməd Nəqibzadə: İran İslam Respublikası Sovet İttifaqına bənzər şəkildə süqut edə bilər

Əhməd Nəqibzadə: İran İslam Respublikası Sovet İttifaqına bənzər şəkildə süqut edə bilər

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Tehran Universitetinin Siyasi Elmlər professoru Əhməd Nəqibzadə İran İslam Respublikasının yaxın gələcəkdə ciddi böhranla üzləşəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə  "Azad News"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qərb – xüsusilə ABŞ və İsrail  İranla klassik müharibəyə girmək əvəzinə mərhələli və hədəfli strategiya tətbiq edir. Bu strategiya rejimi tamamilə məhv etməyə yox, onun əsas qərarvericilərini təsirsiz hala gətirməyə və strateji infrastrukturunu zəiflətməyə yönəlib.

Ekspert hesab edir ki, İran İslam Respublikasının dağılması Sovet İttifaqına bənzər şəkildə baş verə bilər. "İran rəhbərliyi uzun illərdir ki, ‘Ayətullah Qorbaçov’u axtarmaqdadır", – deyə Nəqibzadə vurğulayıb.

O, İran hakimiyyətinin idarəetmə modelini kommunist rejimlərə bənzədərək bildirib ki, "İslam Respublikasında hakimiyyətə gəlmək üçün insanlar yoldaşlarının üzərinə basaraq irəliləyir və zirvəyə çatdıqda istədiklərini edirlər".

Əli Xameneinin qərarlarına toxunan professor vurğulayıb ki, ölkədə hər kəs danışıqların tərəfdarıdır, lakin yalnız bir nəfər – Ali Dini Lider Əli Xamenei – bunun əleyhinə çıxış edir. "Hakimiyyət danışıqlardan çəkinir, çünki Qərbin istəklərinə təslim olmaq daxili müxalifətin güclənməsinə və rejimin nüfuzunun azalmasına səbəb ola bilər", – deyə o əlavə edib.

Nəqibzadənin fikrincə, İran İslam Respublikası yaxın bir il ərzində ən çıxılmaz vəziyyətinə düşəcək və strateji mərkəzləri hədəfə alınacaq. O, həmçinin Rusiyanın İranla Qərb arasında mümkün razılaşmalara mane olduğunu bildirib. "Moskva İranın Qərbə yaxınlaşmasını istəmir və bu yöndə cəhd göstərən hər kəsi səhnədən uzaqlaşdırır", – deyə ekspert vurğulayıb.

Professorun proqnozları İranın siyasi gələcəyi ilə bağlı mühüm suallar doğurur və rejimin yaxın illərdə hansı istiqamətdə dəyişə biləcəyi barədə müxtəlif ssenariləri gündəmə gətirir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Mart 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri