Icma.az
close
up
RU
Əhval ruhiyyəni qaldıran 8 məhsul

Əhval ruhiyyəni qaldıran 8 məhsul

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Diyetanız sizin psixoloji sağlamlığınızda mühüm rol oynayır. Bu məhsullar əhval-ruhiyyəni yüksəldir və depressiyanı azaldır.

Lent.az bu 8 məhsulu təqdim edir:

Yaxşı əhval-ruhiyyə üçün kifayət qədər yuxu və fiziki aktivlik çox faydalıdır, lakin qidalanma da psixoloji sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. 

1. Forel

Ağır (yağlı) balıqlarda olan bir çox faydalı qida maddəsinin əhval-ruhiyyəni dəstəklədiyi və hətta depressiyanı yüngülləşdirdiyi sübut edilib. Tədqiqatçılar müntəzəm balıq yeməyin narahatlığı və stressi azalda biləcəyini bildirirlər.

2. Şokolad

Bir araşdırma göstərib ki, kakao miqdarı yüksək olan qidaların qəbulu qısamüddətli əhval yaxşılaşmasına səbəb ola bilər. Tünd şokolad endorfinlərin ifrazını stimullaşdırır və bu da insanı özünü daha xoşbəxt hiss etdirməyə kömək edir. O həmçinin əhvalın tənzimlənməsində iştirak edən dopamin və serotoninə təsir edir. Şokolad həmçinin əhvalın tənzimlənməsində mühüm rol oynayan maqneziumun təbii mənbəyidir.

3. Fermentləşdirilmiş məhsullar

Kimçi, kələm turşusu və qatıq kimi fermentləşdirilmiş məhsullar probiotikləri rasiona daxil etməyin əla yoludur. Probiotiklər bağırsağı kolonizasiya edir və həzm sisteminin, immunitetin və hətta əhval-ruhiyyənin yaxşılaşmasına kömək etdiyi sübut olunub. Bəzi canlı probiotiklər “xoşbəxtlik hormonu” kimi tanınan serotonin hormonunun sintezində və mənimsənilməsində rol oynaya bilər.

4. Yumurta sarısı

Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı əhval-ruhiyyəyə mənfi təsir edir və PMS-in, mövsümi affektiv pozğunluğun, qeyri-spesifik əhval pozğunluğunun və böyük depressiv pozğunluğun daha çox yayılması ilə əlaqəlidir. Yumurta sarısı D vitamininin təbii mənbəyidir, lakin əgər yumurtanı sevmirsinizsə, salmon və süd kimi digər D vitamini mənbələrini seçə bilərsiniz.

5. Qoz-fındıq (kərəmi, badam və s.)

10 il ərzində 15 000-dən çox insanın iştirak etdiyi bir araşdırmada, orta miqdarda qoz-fındıq istehlakının depressiya riskini 23 faiz azaltdığı müəyyən edilib.

6. Toyuq əti

Pəhrizə yağsız toyuq əti əlavə etmək B6 və B12 vitaminləri ilə təmin edir ki, bu da yaxşı əhval üçün vacibdir. B6 vitamini serotoninin sintezində, B12 vitamini isə dopaminin yaranmasında rol oynayır hər iki maddə əhval-ruhiyyəni tənzimləyir. Bundan əlavə, toyuq əti triptofan adlı amin turşusundan ibarətdir. Araşdırmalar göstərir ki, triptofan baxımından kasad pəhriz depressiyaya səbəb ola bilər, triptofan qəbulu isə depressiyaya meylli insanlar üçün əhəmiyyətlidir.

7. Dəniz molyuskaları - istiridyə

İstiridyələr sadəcə afrodiziak deyil. Onlar omega-3 DHA yağ turşuları və sinklə zəngindir və bu maddələr özünüzü yaxşı hiss etməyə kömək edə bilər. Sink çatışmazlığı depressiya və narahatlığın inkişafı ilə əlaqələndirilir. Bu mineralın qəbulu bəzi hallarda əhval-ruhiyyəni yaxşılaşdıra bilər.

8. Zəfəran

Zəfəranın antidepressant kimi faydalı xüsusiyyətləri yaxşı məlumdur. Bəzi hallarda bu ədviyyatın qəbulunun plasebodan daha effektiv olduğu və ən azından bəzi antidepressantların terapevtik dozalarına ekvivalent təsir göstərdiyi deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri