Əl əməyinə əsaslanan peşələrə tələbat artıb Kənan Mirzəyev
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“2026-cı ilin noyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək növbəti yarışlarda Azərbaycan 7 peşə ixtisası üzrə yarışacaq”.
Redaktor.az xəbər verir ki, bu sözləri “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev deyib.
Onun sözlərinə görə, hər ixtisas üzrə seçim turu olub, təlimlər keçirilib: “Bu gün keçirilən final yarışının nəticələri əsasında ölkə təmsilçisi müəyyən ediləcək. Peşə Təhsili üzrə Dövlət Agentliyi olaraq bu yarışlara qatılmaq bizə imkan verir ki, əmək bazarında yeni formalaşan peşə bacarıqlarını müəyyənləşdirək və həmin peşə ixtisasları üzrə tədrisi həyata keçirək”.
Agentlik rəhbərinin sözlərinə görə, son illər süni intellektin əmək bazarına təsiri nəticəsində bəzi yüksək ixtisaslı sahələrdə işin məzmunu dəyişir, əl əməyinə əsaslanan peşələrə tələbat artıb. Bunun nəticəsidir ki, peşə təhsilinə maraq artıb: “Məqsədimiz yeni ixtisasların vaxtında müəyyən olunması və həmin ixtisaslar üzrə üasir əmək bazarının təlblərinə uyğun təhsil proqramları əsasında tədrisini həyata keçirməkdir. “World Skills” kimi yarışların təşkili ölkəmizdə peşə təhsilinin inkişafına öz töhfəsini verəcək”.
Qeyd edək ki, Azərbaycan “World Skills” yarışlarına 2022-ci ildən qatılır. “World Skills” dünyada peşə bacarıqlarını müəyyən və təbliğ edən beynəlxalq platformadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















