Icma.az
close
up
RU
“Elə bilirsiniz heç kimi danışmağa qoymuram” Sədr deputata belə cavab verdi

“Elə bilirsiniz heç kimi danışmağa qoymuram” Sədr deputata belə cavab verdi

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İnkişafımız göz qabağındadır, amma bəzi xırda-para nöqsanlar da var”.


Modern.az xəbər verir ki, deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirərkən belə deyib.


“İnkişafımız hamımızın gözü qarşısındadır. Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bu bizim şəhərimizdir?!

Bizim burda söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxarmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın. 

Xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 nəfər şagird təhsil alır. Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir. Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər. Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur.

Bundan başqa, şagirdlər Məhəmmədli kəndindən 7 kilometrlikdə yerləşən Göbəktala və Şahverdili məktəblərinə gedirlər. Onlar asfalt yolu ilə məktəbə gedirlər. Məhəmmədlidə modul tipli məktəb tikmək olmazmı? Problem bununla da həll oluna bilər. Bunu nöqsan kimi demirəm, yada salıram.

Bununla yanaşı, Uşaq Mərkəzi Kitabxanasının istilik sistemi yoxdur, elektrik xətləri bərbad vəziyyətdədir, binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var, eləcə də qapı və pəncərələrin istismar müddəti bitib. Mədəni maarif müəssisəində sanitar qovşaq yoxdur. Binanın təmir işlərinin aparılmasına ehtiyac var.

Eyni zamanda, İcra nümayəndəliklərinin əksəriyyətinin binası yoxdur. Oruclu kəndində isə tragikomik vəziyyət var. İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat burdayam, kimin sənəd-sünəd işi varsa, gəlsin. Onlara bir tikili vermək olmaz?

Uşaq bağçalarında da vəziyyət yaxşı deyil. Çox təəssüf ki, rayonda uşaq bağçalarının çoxu bərbad vəziyyətdədir, bir çoxu ümumiyyətlə yoxdur. Məsələn, Bəhrəmtəpə kimi qəsəbədə uşaq müəssisəsi yoxdur.

Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik,  sonra başa düşürlər. İnkişaf etmiş çoxlu fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”, - deyə deputat bildirib.


Sədr Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib:


“Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. Bu bir. İkincisi, hörmətli Səyyad müəllim, sizin sözünüzdən mən belə başa düşdüm ki, elə bilirsiniz mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza elə özünüz cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında da danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar. Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kiminsə gedib soyuducusunu, qazanını yoxlayırlar? Xahiş edirəm danışanda fikir verin. Burada hamıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri