Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Elə yazmalıyıq ki, bizi düşmən də oxusun

Elə yazmalıyıq ki, bizi düşmən də oxusun

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il martın 1-də yazıçı-publisist Kamil Əfsəroğlunun 75 yaşı tamam oldu. Kamil Əfsəroğlunun imzası yəqin ki, "525-ci qəzet"in oxucularına yaxşı tanışdır. İndiyə qədər 16 kitabı işıq üzü görən, əsərləri müxtəlif dillərə tərcümə edilən yazıçı-publisist neçə illərdir qəzetimizlə əməkdaşlıq edir. Qeyd edək ki, Kamil Əfsəroğlu səmərəli ədəbi-publisistik fəaliyyətinə görə Prezident təqaüdünə layiq görülüb, Azərbaycan Milli Mətbuatımızın 150 illiyi yubiley medalı ilə təltif olunub.

75 yaşının tamam olması münasibəti ilə yubilyarı təbrik edir, onunla müsahibəni oxucuların diqqətinə çatdırırıq.

- Kamil müəllim, bu günlərdə 75 yaşınız tamam oldu. Amma bildiyimiz qədəri ilə indiyədək nə yubiley keçirmisiniz, nə də kitab təqdimatı.

- Belə tədbirlər keçirməyə əzəldən həvəsli olmamışam. Ömürdür, yaşayırıq, azdan-çoxdan yazıb-yaradırıq. Söz var, deyir, yazılan qalır. Əgər yazdıqlarımdan nəsə qalırsa və qalacaqsa, türklər demiş, nə mutlu mənə.

- Çağdaş dövrümüzdə ədəbiyyata uzanan yolu necə görürsünüz?

- Bu yol asan deyil, sadəcə, gendən baxana asan görünür, dava asan göründüyü kimi. Hər kəs ədəbiyyata öz sözü, üslubu, mövzularıyla gəlməlidir. Tapdanmış yollarda ayaq döyənlərdən maraqlı nəsə gözləmək sadəlövhlük olardı. Son zamanlar ədəbiyyatda kütləviliyin baş alıb getdiyi, meyarların qarışdığı bir vaxtda bədii söz sənəti çox problemlərlə üzləşməli olur. Əli qələm tutan-tutmayan yazmaq istəyir. Ən qorxulusu isə kütləvilik və plagiatdır. Litva Yazıçılar İttifaqında olarkən həmkarlarımla söhbətlərdən öyrəndim ki, dərdimiz-qayğılarımız aşağı-yuxarı eynidir. Nasir Danielyus Muşiniskas dedi ki, əvvəllər qələm adamlarının adı çox yüksək tutulub, küçədə-parkda yazıçı görəndə adamlar şlyapalarını çıxarırdılar.

- Sizin bəzi əsərlərinizdə ötən illərə qayıtmağa meyillilik hiss olunur...

- Bəzən adama elə gəlir ki, keçmiş keçmişdə qalıb və tarix yazılıb qurtarıb. Bu, mümkün olan deyil. Sovet dövründəki sərt tələb və qadağalar hər mövzunu ədəbiyyata gətirməyə imkan vermirdi, o üzdən də çox boşluqlar bizə miras qalıb. Yazıçı həyata, hadisələrə, hətta insanlara belə sosializm realizminin absurd prinsiplərindən yanaşmalı idi. Bu baxımdan, keçmişimiz, dünənimiz haqqında yazmağa ehtiyac var. Bu həm də zamanın tələbidir. Yazıçı keçmiş hadisələrə bu günün gözüylə baxmağı bacarmalıdır. Beynəlxalq aləmdə gərginliyin artması, Rusiya-Ukrayna müharibisi bu günün siyasəti deyil ki... Kökü ötən illərə gedib çıxır. Ona görə də qələm adamları keçmişə aparan pillələri qayıdıb hələ çox enməli olacaqlar. "Qorxulu tayqa" romanımı yazanda bir daha buna əmin oldum. Romanın adında simvolika var, daş evləri, göydələnləriylə Moskva da bir "Qorxulu tayqa"dır və bu tayqanın öz vəhşi, yırtıcı ayıları var.

- Siz Cəbrayılda doğulmuş, orta təhsilinizi də orada almısınız. Sonra da ki, şəhər həyatı, tələbəlik illəri... Əyalət həyatı, kənd mövzusu yaradıcılığınızda nə dərəcədə prioritet təşkil edir?

- Mən şəhərə şəhərli olmaq üçün gəlməmişdim və istəsəm də ola bilməzdim. Ömrümün əlli ilindən çoxunu şəhərdə yaşasam da, əyalət həyatını unutmuram. O illərin hər anı mənə əzizdir. Bir neçə ilin söhbətidir, uşaqlıq dostlarımla İsmayıllıda, dağların ətəyində, meşəliklərin qoynunda şam yeməyi yeyirdik. Üvəz ağacının altında oturmuşduq. Xidmətçidən xahiş elədik ki, bizim masadakı elektrik işığını qaraldıb, neft çırağı yandırsın. Kənardan baxanlara bu, bəlkə də, qəribə gələrdi, amma biz çox rahat və məmnun idik, ona görə ki, əllinci illərin uşaqlarıydıq, neft çırağının işığında oxumuş, böyümüşdük. Yazılarımda ötən illərə həsrətlə qayıdıram. Qayıdıb o boş qalmış bağlı-bağçalı evimizin qapısını döyür, elə bilirəm qapı açılacaq və mən uşaqlıq dünyama qovuşacaq, o şirin, qayğısız çağları yenidən yaşayacağam. Qapını açan olmur...

- Yazıçılar onlara ilham verən atributları fərqli görürlər. Məsələn, Viriciniya Vulf ayaq üstə yazmağı sevirmiş.

- (Gülür) Şillerin isə yazı masasının üstündə daim çürük alma olarmış. Bilsəydim ki, o məşhurların yazdıqlarının üç-beş faizini yaza bilərəm, günün çox hissəsini ayaq üstə keçirər və ya mənim də yazı masamdan çürük alma əskik olmazdı. Hər kəsin fərdi yazı üsulu, texnikası var. Yazı prosesində mənim öz bədii qəhrəmanlarımla, personajlarımla danışdığım məqamlar da olur. Bunu da deyim ki, yazıçı yazı prosesində oxucunu yanında görməli, onun zövqüylə hesablaşmalıdır. Əsər kimin üçün yazılır? Oxucu üçün. Zövqlü oxucu isə hər yazıçını, hər əsəri özününkü bilmir.

- Yaradıcılıqda dil və üslubu necə dəyərləndirirsiniz?

- Yaradıcılıqda bunlar başlıca amillərdir. Üslubu, zəngin dili olmayanın yazdıqları oxucunun inamını qazanmır və bir qədər də sərt desəm, elə yazılar ədəbiyyat sayılmır. Sözlər var ki, onları süni surətdə arxaikləşdirmişik, göndərmişik söz qəbiristanlığına. Bəzi yazıçılarımızın, xüsusən də gənslərin yaradıcılığınada dil bəsitliyini, söz kasadlığını müşahidə edirik. Hərdən belə hallara da rast gəlirik - yazıçı əsərdə zaman və məkanı dəyişəndə obrazın dilini, hətta qiyafətini belə dəyişməyi unudur. Nəticədə isə əllinci-altmışıncı illərin qəhrəmanı, personajı bu günün diliylə danışır, davranışı da həmçinin. Yadımdadır, nənəm köynəyin düyməsinə "sədəf", pencəyin dəmir düyməsinə isə "pilək" deyərdi. Dil həm də bədii ədəbiyyatda formalaşır, onun sayəsində zənginləşir.

- Müharibə mövzusu bədii ədəbiyyatın da tez-tez toxunduğu mövzulardandır. Müharibə faciəsini bizim xalqımız da yaşayıb.

- İkinci Dünya müharibəsi bitəndə insanlar elə bildilər ki, bu, sonuncu Dünya müharibəsidir. Amma sonrakı hadisələr göstərdi ki, belə fikirlər, necə deyərlər, xam xəyaldır. Hətta Üçüncü Dünya müharibəsi söz-söhbəti dolaşmağa başladı. Nüvə silahı təhdidləri bitmək bilmir. Rusiya-Ukrayna, İsrail, ABŞ-İran müharibələri fonunda bu təhdidləri eşidirik.

Azərbaycan torpaqlarının iyirmi faizinin otuz il erməni işğalında qalması bizim ədəbiyyatımıza da müharibə mövzusu verdi. Bu mövzuda romanlar, povestlər, hekayələr, şeirlər, poemalar çox yazılıb və indi də yazılmaqdadır. Bu gün yazıçılarımız qələbə ədəbiyyatımızı yaradırlar. Torpaqlarımızın azad edilməsi ədəbiyyatımıza yeni ruh gətirdi. Bir yazıçı kimi mən də bu mövzudan qıraqda qala bilmərəm. "Çadır", "İt qanı" romanlarım, "Alın yazısı" pyesim və hekayalərim buna misaldır.

"Çadır" romanımda belə bir epizod var: çadırlıqda yaşayan qaçqınlara humanitar yardım gətirirlər. Biləndə ki, yardım gətirənlər almanlardır, İkinci Dünya müharibəsi veteranları sinələrindəki orden və medalları açıb ciblərində gizlədirlər. Qulaməli kişi özlüyündə düşünür ki, dar ayaqda almanlar bizə yardım gətirirlər, biz isə onlara qarşı müharibədə aldığımız orden və medalları onların gözünə dürtürük. Dünyanın işlərini bilmək olmur, bu almanlardan kiminsə doğmalarından davada qalan olar, elə fikirləşər ki, dədəsi mənim gülləmə tuş gəlib...

Dünyadakı gərginlik, od-alov səngiməsə də, insanlar ümidlərini üzmür, belə bir suala cavab axtarırlar: "Müharibələrin sonuncu gülləsi hansı əsrdə atılacaq?"

- Nəsrinizlə yanaşı, publisistikanızda da müharibə mövzusu önəmli yer tutur.

- Müharibə mövzusunun publisistikada öz yeri var. Bu janrda da yazılarım az deyil. Publisistika digər janrlardan fərqli, daha çevikdir. Müharibə mövzusunu kinoya gətirən məşhur sənətkarlarla görüşmək mənə nəsib olub. "Nürnberq prosesi" filmini çəkən, dünyaca ünlü amerikan kinorejissoru Stenli Kramerlə 1987-ci ildə Moskvadakı söhbətimi unutmuram. Maraqlı müsahib idi. Dedim sizin "Nürnberq prosesi" filminizə ilk dəfə baxmağımın maraqlı tarixçəsi var. Altmışıncı illərin əvvəlləri idi, on iki-on üç yaşımdaydım. Bizim əyalət qəsəbəsinin qış klubunda avtovağzalın kassiri Abbas kişinin məhkəməsi gedirdi. Qəpik-quruş kəmi çıxdığına görə ona beş il iş kəsdilər. Hakim hökmü oxuyandan yarım saat sonra klubda yeni məhkəmə prosesi başladı - "Nürnberq prosesi" filmi göstərildi. Zal qızdırılmasa da, tamaşaçılar soyuqda oturub maraqla baxırdılar. Tamaşaçılar arasında atasını, qardaşını, əzizlərini müharibədə itirənlər də var idi. Onlar beynəlxalq məhkəmə kürsüsündəki cinayətkarların simasında həm də öz doğmalarının qatillərini görür, göz yaşlarını saxlaya bilmirdilər… Mənim sözlərimdən Stenli Kramer çox təsirləndi, dedi o qış klubundakı şaxtanın soyuğu canımdan keçdi, üşüdüm. Dedi, çox istərdim ki, Nürnberq prosesi sonuncu olsun, tarixdə qalsın. Amma təəssüf ki... Müsahibim sözünün gerisini gətirmədi. Qarşıdan gələn iyirmi birinci əsrdən də nigaran idi...

- Yaradıcı insanlar yer üzünün humanist, sülhpərvər insanları kimi tanınırlar. Bu amal uğrunda onlar da mübarizə aparır, döyüşürlər.

- Yazıçının silahı qələmdir. Bizim qələm adamlarımıza da müharibə faciəsini yaşamaq, yazmaq nəsib olub. Müharibə ocaqları dünyanın bir çox guşələrində bu gün də alovlanmaqdadır. Çağdaş dövrümüzdə müharibə, elə bil, adiləşib, insanlar cəngə-davaya, qana-qadaya alışıblar sanki.  Müharibə adiləşdikcə də o mövzuda yazmaq çətinləşir. Necə yazasan ki, yeni söz deyə biləsən, oxucunun marağını çəkəsən? Zəngin klassik ənənəçiliyə malik Azərbaycan bədii söz sənəti dünya ədəbiyyatının tərkib hissəsidir. Elə yazmalıyıq ki, bizi düşmən də oxusun. Eyni zamanda biz özümüz də düşməni oxumalıyıq. Bir neçə il əvvəl mətbuatda erməni yazıçısının hekayəsinə rast gəldim. Süjeti yadımda təxmini belə qalıb: Uşaqlarına ayın-oyun almaq üçün şəhərə gedən cavan qadın yol qırağında günün altında maşın gözləyir. Ümidini üzmüşdü ki, uzaqdan yük maşını görünür. Maşın onun tuşuna çatanda dayanır. Qadın kabinəyə qalxır. Əsgər formasındakı saqqallı sürücü kir-pas içindədir. Deyir cəbhədən gəlir, orada vəziyyət çox ağırdır, hər gün nə qədər insan qırılır... Yolboyu aralarında ünsiyyət yaranır. Sürücü maşını yolun kənarına verib  saxlayır. Düşüb çəmənlikdə sevişirlər. Əsgər sükan arxasına keçir, siqnal verib qadını tələsdirir ki, cəld olsun, gecikə bilməz, yükü tez çatdırmalıdır, yoxsa günün altında xarab olar. Qadın kabinəyə qalxanda boylanıb baxır, görür ki, maşının yük yeri cavan erməni əsgərlərin meyitləriylə doludur...

- Dövri mətbuatda yeni-yeni imzalara rast gəlirik. Gənclərin yaradıcılığına münasibətiniz?

- Gənclər ədəbiyyatımızın gələcəyidir. Onlar ədəbiyyata iddialı, öz mövzularıyla gəlirlər. Daha geniş, planetar düşünürlər. Yaradıcılıqda bu, vacib amildir. Yazmaq istəyənlər çoxdur, amma zaman onları ələyib ələkdən keçirir. Yaradıcılığa aparan yol heç vaxt hamar olmayıb, çətin və keşməkeşli olub. Bu yolda yalnız həqiqi istedadlar baş çıxara bilir və ədəbiyyat da öz qapılarını elələrinə açır.

Bu yaxınlarda mətbuatda gənc şair Allahşükür Ağanın şeirlərinə rast gəldim:

Bir ləpirim

axşam yağan yaz yağışından

bir ovuc su saxlamış içində.

Bir alagöz sərçə

su içir ləpirimdən...

Bəzən, dörd-beş misra yetir ki, şairin kimliyinə, istedadına bələd olasan.

Yaradıcılıqda özlərini tapmaq, püxtələşmək üçün gənclərə uzun yol keçmək lazım gəlir və bu yol sınaq yoludur, kimin nəyə qadir olduğu üzə çıxır. Maraqlı imzalara rast gələndə ürəyim açılır, inanıram ki, ədəbiyyata yeni söz, yeni nəfəs gətirənlər var.

- Öz dünyanızda özünüzlə baş-başa, tənha qalan vaxtlarınız olurmu?

- Olur.

- Onda təklik-tənhalıq sizi üzmür ki?

- Hərdən tənhalıq axtarır, sakit, susqun bir guşəyə çəkilmək istəsəm də, alınmır. Ədəbi qəhrəmanlarım, personajlarım məni tək buraxmır, darıxmağa qoymurlar...

Söhbəti yazdı:

E.SƏLİMLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri