Elgün Cavadov: Azərbaycan növbəti illərdə özünün müalicə xidmətləri fərqlənə bilər
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Son illərdə Azərbaycanda aparılan müşahidələr göstərir ki, müalicə məqsədilə ölkəmizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Bu istiqamətdə görülən işlər isə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.
"Bildiyiniz kimi, Prezident İlham Əliyev sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı Sərəncam imzalayıb. Bu istiqamətdə işlər aparılır. Burda həmin xidmətlərin müalicə tərəflərinin dəqiqləşdirilməsi, genişləndirilməsi və dünya standartlarına çatdırılması üçün müəyyən proqram icra edilir. Azərbaycan növbəti illərdə özünün müalicə xidmətləri ilə, xüsusi paketləri ilə fərqlənə bilər", - deyə E.Cavadov qeyd edib.


