Icma.az
close
up
RU
Əlicançay su anbarında tikinti işləri nə yerdədir? Yeni Çağ Media

Əlicançay su anbarında tikinti işləri nə yerdədir? Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Yenicag.az xəbər verir ki, bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir.

Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.

Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metr-dir. Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 ha əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 ha yeni torpaq sahəsi su ilə təmin olunacaq. Ümumilikdə 33000 ha əkin sahəsinin su ilə tam təmin olunacaq.

Şəki və Oğuz rayonları ərazisində yerləşən su anbarında tikinti işlətinin yerinə yetirilməsi üçün hazırlıq işləri tamamlanmış, göl ərazisinin təmizlənməsi, dib suburaxanın xəndəyinin, bənd özülünün, gil, qum-çınqıl karxanalarının üst qatının və sel sutullayıcısının qazma işləri davam edir.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 05 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see184

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see138

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see136

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see134

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see134

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see133

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see130

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see130

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see129

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see129

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see128

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see126

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see126

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see126

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see126

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see126

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see125

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see124

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see123

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya

26 İyul 2025 11:13see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri