Icma.az
close
up
RU
Əliməmməd Nuriyev: İdman federasiyaları özləri üçün qapalı büdcə adası ola bilməyəcək

Əliməmməd Nuriyev: İdman federasiyaları özləri üçün qapalı büdcə adası ola bilməyəcək

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan idmanı beynəlxalq uğurları ilə dövlətimizin nüfuzunu yüksəltsə də, idman federasiyalarının maliyyələşməsi,  bu sahədə şəffaflığın olmaması uzun illərdir mütəmadi müzakirə olunur. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin necə xərcləndiyi barədə ictimaiyyətə heç vaxt ətraflı məlumat verilməyib. Zaman-zaman bu və digər federasiya ilə bağlı maliyyə maxinasiyaları haqqında məlumatlar yayılıb. Federasiyalar ictimaiyyət qarşısında hesabatlı olmayıblar, yalnız öhdəlik olanda beynəlxalq qurumlara  hesabat veriblər. Hətta sosial şəbəkələrdə və idmançı dostlarımızla söhbətdə tez-tez şikayətlənirlər ki, gündəlik təlimləri, bəzi hallarda isə yarışlarda iştiraklarını belə  özlərinin, dostların və qohumlarının hesabına  maliyyələşdirirlər. Açıq müşahidə olunurdu ki, sistemli böhran var. Məhz belə bir şəraitdə hökumət federasiyaların maliyyələşdirilməsi səlahiyyətini Gənclər və İdman Nazirliyindən alaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə həvalə etdi. Əslində, dövlət büdcəsindən bütün ödənişlər illərdir Xəzinədarlıq vasitəsilə həyata keçirilirdi. Fərq ondadır ki, əvvəllər hansı federasiyaya nə qədər vəsait ayrılacağına və bu vəsaitin hansı istiqamətdə xərclənəcəyinə Gənclər və İdman Nazirliyi qərar verirdi. İndi isə bu səlahiyyət Maliyyə Nazirliyinə keçir. Federasiyalar birbaşa onun təsdiqi ilə işləyəcək, vəsaitlərin təyinatı və icrası üzərində mərkəzləşdirilmiş nəzarət güclənəcək. Federasiyalar özləri üçün "qapalı büdcə adası" ola bilməyəcək. Yaxud oğurlamaq çox çətin olacaq".

Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, bu dəyişiklik hüquqi baxımdan "Büdcə sistemi haqqında" qanunun vahid xəzinədarlıq prinsipi ilə üst-üstə düşür. Qanun dövlət vəsaitlərinin yalnız təyinatı üzrə xərclənməsini və bütün ödənişlərin vahid xəzinədarlıq hesabı üzərindən aparılmasını tələb edir. "Hesablama Palatası haqqında" qanun isə büdcə xərclərinin parlament nəzarəti altında olmasını nəzərdə tutur. "Bədən tərbiyəsi və idman haqqında" qanuna görə federasiyalar dövlət vəsaitindən istifadə edərkən şəffaf və hesabatlı olmalıdırlar. Lakin illərin təcrübəsi göstərdi ki, bu öhdəliklər çox vaxt formal xarakter daşıyıb. Bu baxımdan Maliyyə Nazirliyinin müdaxiləsi həm hüquqi məntiqlə, həm də korrupsiya risklərinin azaldılması məqsədi ilə izah olunur. Amma qərarın şifahi tapşırıq əsasında verildiyi barədə məlumatlar hüquqi qeyri-müəyyənlik yaradır. Belə mühüm səlahiyyət dəyişikliyi normativ-hüquqi aktla rəsmiləşdirilməlidir: "Qərarın təsirləri ikili xarakter daşıyır. Bir tərəfdən, federasiyaların maliyyə müstəqilliyi məhdudlaşır, amma şəffaflıq güclənir. Hər ödəniş yalnız əsaslandırılmış sənədlərlə təsdiqlənəcək, audit izləri genişlənəcək, mənimsəmə və saxta ezamiyyətlər üçün meydan federasiyalardan başlayan bu yanaşma dövlətin ümumi maliyyə idarəçiliyində daha geniş miqyasda tətbiq oluna bilər - mədəniyyət qurumları, QHT-lər, hətta bələdiyyələr üçün. Məqsəd yalnız pozuntuları sonradan cəzalandırmaq deyil, korrupsiya risklərini əvvəlcədən neytrallaşdırmaq, şəffaflıq və hesabatlılıq mədəniyyətini formalaşdırmaqdır. Beləliklə, federasiyaların maliyyələşdirilməsində yeni mexanizm yalnız idarəetmədə səlahiyyət dəyişikliyi deyil, korrupsiya ilə mübarizə, şəffaflıq və büdcə intizamının gücləndirilməsi istiqamətində strateji bir addım kimi qiymətləndirilməlidir. Əgər bu addım qeyd olunan prinsiplərlə müşayiət olunarsa, o zaman idman federasiyaları həm dövlətin, həm də ictimaiyyətin etimadını qazanacaq".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see239

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see223

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see223

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see219

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see216

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see177

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see171

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see156

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see155

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see147

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see145

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri