Icma.az
close
up
RU
​“Əliyev cəsur və qüdrətli liderdir” MHP li deputat

​“Əliyev cəsur və qüdrətli liderdir” MHP li deputat

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Kayseri millət vəkili İsmayıl Özdemir Azərbaycanla bağlı son müzakirələr fonunda Prezident İlham Əliyevə dəstək açıqlaması yayıb.

Türkiyədə bəzi siyasətçilərin Azərbaycandakı daxili məsələlərinə yönəlik tənqidlərinə Yeni Azərbaycan Partiyasının (YAP) sərt cavab verməsi iki ölkə arasında siyasi müzakirələrə səbəb olub. Bu proseslərin ardından İsmayıl Özdemir sosial media hesabından Türkiyə-Azərbaycan qardaşlığını hədəf alan iddialara qarşı qəti mövqe nümayiş etdirib.

Açıqlamasında 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsinə diqqət çəkən Özdemir, Prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsindəki müstəsna rolunu yüksək qiymətləndirib: "İlham Əliyev cəsur və qüdrətli bir liderdir. Qarabağdakı tarixi zəfərdən sonra illərdir həsrət qalan torpaqlarda yenidən azan səslərinin ucalması hər birimiz üçün qürur mənbəyidir".

Türkiyə və Azərbaycan arasındakı strateji münasibətlərin Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəyə çatdığını vurğulayan MHP rəsmisi, son dövrlərdəki süni müzakirələrin iki ölkə arasındakı tarixi və qardaşlıq bağlarını qətiyyən zəiflədə bilməyəcəyini bildirib.

Azərbaycanın suveren bir dövlət kimi Türk Dövlətləri Təşkilatı (TDT) başda olmaqla beynəlxalq müstəvidə daha da güclənəcəyini qeyd edən Özdemir, ölkənin 21-ci əsrin ən nüfuzlu dövlətlərindən biri kimi anılmağa davam edəcəyinə inandığını vurğulayıb.

İsmayıl Özdemir açıqlamasını iki ölkənin ayrılmaz bağlarını simvolizə edən bu sözlərlə tamamlayıb:“Hilalle yıldız ayrılmaz, Hazarla Akdeniz’in bağı sarsılmaz”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri