MHP sədrinin müavini: “Cənab Əliyev cəsur və qüdrətli liderdir“ FOTO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Türklüyün qanayan yarası olan Qarabağı 44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşduran, işğal bölgələrində azanı oxutduran Azərbaycan Prezidenti cənab İlham Əliyev cəsur və qüdrətli liderdir".
Moderator.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İsmayıl Özdəmir özünün "X" hesabında yazıb.
O bildirib ki, son vaxtlar Azərbaycanda yaşanan hadisələrin Türkiyə və Azərbaycan arasında Şuşa Bəyənnaməsi ilə təsdiq edilən dostluq və qardaşlıq bağlarını zəiflədə bilməz:
"Suveren dövlət kimi Azərbaycan Türk dünyası üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyən edilən istiqamətdə qüdrətli bir güc statusuna yüksərək, XXI əsrin ən nüfuzlu dövlətlərindən biri kimi tanınacaq.
Hilal və ulduz ayrılmazdır; Xəzər ilə Aralıq dənizi arasındakı bağ sarsılmazdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 Oktyabr 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















