Icma.az
close
up
RU
Əllərini vicdanlarına qoysunlar Muğam müsabiqəsi ndə etiraz edən xanəndə danışdı

Əllərini vicdanlarına qoysunlar Muğam müsabiqəsi ndə etiraz edən xanəndə danışdı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qalmaqallı şəkildə IX "Muğam müsabiqəsi"ndən ayrılan iştirakçı Kənan Novruzov yaşanan qalmaqalla bağlı açıqlama verib.

AZXEBER.COM-un suallarını cavablandıran xanəndə, Xalq artiati Nəzakət Teymurovanın onun ünvanına səsləndirdiyi fikirlərə  münasibət bildirib.

Kənan 1-ci yer iddiasında olmadığını deyib:

" Mən 1-ci yer iddiasında deyiləm. Birinci yerin qalibi Aytac bacımı da ürəkdən təbrik edirəm. Hər həftə rəngarəng, yaddaqalan çıxışları ilə o yeri halallıqla qazandı. Halbuki elə Nəzakət xanım özü mənim ifamı heç vaxt bəyənməyib, həmişə ifamda qüsur axtarıb. O ki, qaldı mənim iddialarıma, dediyim odur ki, digər iki yerin qalibləri obyektiv qiymətləndirilmədi. Bu göz qabağında olan sənətdir. Bura bütün dünya baxır. Mənim kimi Aycan Şükürlünün də haqqına girildi. Hamı deyirdi ki, Kənanla Aycanın 3lükdə yeri var. Açın bütün tamaşaçı rəylərini oxuyun. Elin gözü tərəzidir".

Kənan Nəzakət Teymurovanın öz tələbəsini 2-ci yerə laiq görməsini isə doğru hesab etmədiyini deyib:

"Münsif heyyətində olan Nəzakət xanımın öz tələbəsini 2-ci yerə layiq görməsi nə dərəcədə doğrudur? Axı elə Aycanın balları hər həftə ondan üstün olurdu. Hansı meyarlara əsasən öz tələbəsi 2-ci oldu? Halbuki, elə 2-ci yerin qalibi 3 ay ərzində ancaq "Segah" muğamının bütün növlərini və "Şahnaz" muğamını ifa etməkdən başqa heç nə göstərmədi. Mənim ifalarıma açın, baxın. Hər həftə bir-birindən fərqli repertuarla çıxışlar edirdim. Öz tələbələri xalq mahnısını, bəstəkar mahnısını təsnif adıyla təqdim edib ifa edəndə heç bir irad bildirmirdilər, mənim dahi Bülbülün repertuarından ifa etdiyim "Segah təsnifi"ni ifamda nöqsan tapmayaraq əlində bayraq edib xalq mahnısıdır deyə car çəkirdi. 

Kənan müsabiqədə heç kəsin ifa etmədiyi muğamları səsləndirdiyini bildirib:

"Mən o müsabiqədə "Xaric Segah" muğamını oxumuşam. Heç bir oğlan xanəndə onu müsabiqə boyunca ifa etmədi, mən orda "Heyratı" zərbi muğamı oxumuşam yenə də heç bir oğlan xanəndə onu ifa etmədi. Baxmayaraq ki, 3 ay boyunca hər həftə danladıqları, ifasına qüsur tutduqları (muğama səhv əyaq vermələr, ritmdən çıxmalar, qəzəlləri səhv salmalar) güzgüdə özünə bax dediklərini belə 3-ə layiq görüblər. Mənim iddialarım məhz bunlardır. Əslində deyiləsi çox söz var. Sadəcə əllərini vicdanlarına qoysalar yaxşı olar. Nəinki, durub öz qüsurlarına bu cür yersiz cavab verməklə don geydirməkləri".

Xatırladaq ki, Nəzakət Teymurova açıqlamasında "Kənan hansı yerə sahib olmaq istəyirdi ki? O hələ sevinməlidir ki, 200 nəfərin içindən 20-ci yerə daxil olub. Demək ki, qüsurları olub deyə, bütün münsiflərin qərarına əsasən birinci seçilməyib" sözlərini deyib.

Aysel Hacızadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Avqust 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri