Icma.az
close
up
RU
Elmar Baxşıyevdən 2:2 yə şərh

Elmar Baxşıyevdən 2:2 yə şərh

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı, dinamik oyun oldu. Komandanı ağır səfər oyununa kökləmişdik. Komandam meydançada yaxşı iş gördü. – – – Elə oyun gedirdi ki, həm qələbə qazana bilərdik, həm uduza…

– Müdafiədə itkilər var. Boşluqları necə aradan qaldıracaqsınız?
– Hələ buna köklənməmişik. Qışq qədər uzun vaxt var. Futbolçularım universaldır. Bu mövqedə oynaya biləcək oyunçularım var.

– Oyundan sonra baş hakimlə nəyi müzakirə edirdiniz?
– Narazılıq yox idi. Oyun epizodları ilə bağlı danışırdıq.

– Buraxdığınız ikinci qola baxmısız? Qərar doğrudur?
– Tam baxmamışam, dəqiq nəsə demək olmur.

– Patrik Andradenin oyununu necə dəyərləndirirsiniz?
– Patrik istədiyimiz oyunu verməyə çalışdı. Böyük potensialı var. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunları olacaq.

– Naxçıvana səfər ev oyunlarını yaxın zamanda orada keçirə biləcəyinizlə bağlı mesaj idi?
– Sadəcə görüş idi. Mövsümün sonunda getmək istəyirdik, amma qrafik sıxlığına görə alınmadı. Komanda həmin şəhəri görməklə məmnun oldu. Futbolun Naxçıvanda sevildiyini gördülər. Ora qayıtsaq, komanda olaraq böyümək ehtimalımız genişlənər.

– Felipe Santosun durumu necədir? Benin yığmasına çağırıla bilər. Bu baş versə, Afrika Millətlər Kuboku zamanı uzun müddət düşərgənizdə olmaya bilər.
– Santos əlbəttə, öz vətənində oynamaq istəyər, amma ora düşmək ehtimalı çox aşağıdır. Qərar özünündür. Ona uğurlar arzu etdik. Dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi.

– Patrik Andradenin yığması Kabo-Verde dünya çempionatına vəsiqə qazanıb. Amma o, heyətdə yer almamışdı. Psixoloji durumu necədir?
– O da buna sevinir. Amma indi diqqəti komandadır. Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçulardandır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Oktyabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri