Elnurdan AZAL a etiraz: Biabırçılıqdır
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Elnur Hüseynov AZAL-dan şikayətlənib.
Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayımlayıb. O, ev heyvanını Azərbaycana gətirə bilmədiyini bildirərək aviaşirkəti məsuliyyətsizlikdə ittiham edib.
Elnurun sözlərinə görə, 30 kiloqram çəkisi olan iti baqaj bölməsində daşınmalı idi. Lakin təyyarə dəyişdirildiyi və yeni təyyarədə heyvanların daşınması üçün nəzərdə tutulan havalandırma sisteminin olmadığı bildirilib:
"Mənə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Təyyarəni dəyişiblər, deyirlər havalandırma sistemi yoxdur. Hər təyyarədə bu olmalıdır. Eyni zamanda heç nə etmirlər və səhvi düzəltmirlər. Azərbaycana gələ bilmirəm. Belə iş olar? Ayıbdır. Nə sərnişinlərə, nə də bilet yoxlayan türk əməkdaşlarına təyyarənin dəyişdirilməsi və gecikmə ilə bağlı məlumat verilib. Onlar da bu vəziyyətə təəccübləniblər.
Beşulduzlu hava şirkəti belə işləməməlidir. Niyə hər dəfə başqa ölkələrin yanında biabır olmalıyıq? 21-ci əsrdir, maşınlar uçur, amma təyyarədə havalandırma sistemi işləmir. Bu, biabırçılıqdır, hər dəfə başımızı yerə soxursunuz. İzmirdə hava limanında çalışanlar da deyir ki, siz haqlısınız, bizim məlumatımız yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















