Elvin start heyətinə qayıtsın! bu qədər umu küsü bəs deyil?
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında uğursuzluqla üzləşdi: “Tofiq Bəhramov”da ÇSKA ilə qarşılaşan “köhlən atlar” qolsuz “sülh”ə razı oldu.
Oyun ərzində ağdamlıların heyətində özünü yaxşı və ya pis tərəfdən göstərən futbolçular oldu. Ancaq biri var ki, heç şübhəsiz, yüksək səviyyədə performans sərgilədi. Söhbət Elvin Cəfərquliyevdən gedir. Ona görə ki, 56-cı dəqiqədə Bruno Lanqanı əvəzləyən müdafiəçi oyunun sürətlənməsində, hücumların daha tutarlı olmasında müstəsna rol oynadı. Bu dəyişiklikdən sonra Lanqanın yöndəmsiz zərbələrini yox, Elvinin ənənəvi cinah ötürmələrini izlədik. Cəfərquliyev sübut etdi ki, Lanqadan daha yaxşıdı! Hətta Qurban Qurbanov mətbuat konfransında bu sözləri dedi:
“Hələ əsas heyəti tam formalaşdırmamışam. Elvin bu cür davam etsə, niyə start heyətində şans verməyim?! Dəyişikliklər olacaq”.
Həqiqətən də, Sofiyada keçiriləcək cavab matçında qələbə qazanmaqdan başqa yolu olmayan “Qarabağ”ın ilk “11-liy”ində dəyişiklik labüddü. Xüsusən Elvin səfərdə start heyətində meydana çıxmalı, lazımi qolların vurulması üçün çalışmalıdı. Hər halda, Elvinsiz “Qarabağ” o qədər də təhlükəli deyil. Qurban bəy müdafiəçini onsuz da bağışlayıb. Odu ki, start heyətiylə bağlı cəza da aradan qalxmalı, Elvin “köhlən atlar”la yenidən bütövləşməlidi!
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 24 İyul 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















