Icma.az
close
up
RU
Elvin Yunuszadə: I Liqada oynamaq yüksək dəstədə mübarizə aparmaqdan...

Elvin Yunuszadə: I Liqada oynamaq yüksək dəstədə mübarizə aparmaqdan...

Icma.az, sport24.az saytına istinadən bildirir.

I Liqanın lideri "Qəbələ" qış fasiləsinə qapısında qol görmədən yollanıb.  Müdafiə xəttin inamlı oyunu komandanın ilk pillədə qərarlaşmasına da təsirini göstərib. "Qırmızı-qaralar"ın təcrübəli müdafiəçisi Elvin Yunuszadə Sport24.az-a müsahibə verib. Onunla söhbətdə həm bu məsələyə toxunduq, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.

- Mövsümün ikinci yarısına hazırlıq necə gedir?
- Hazırlığımız normal, qaydasında gedir. Hər şey plana uyğun şəkildə dava edir. Hazırda yüklənmələr daha çoxdur.

- Yoxlama oyununda "Mingəçevir"i 4:0 hesabı məğlub etdiniz. Bu matç haqqında nə deyə bilərsən?
- Hər qarşılaşmada qalib gəlmək komanda üçün yaxşı motivasiyadır. Bunun yoxlama və rəsmi görüş olmasının fərqi yoxdur. Bundan əlavə, bu cür oyunlarda səhvlərimizi görürük və bunların üzərində işləməliyik.

- Komanda 29 xalla liderdir. Ən yaxın izləyiciniz isə "Karvan"ın 25 xalı var. Səncə, Premyer Liqa uğrunda mübarizə son turlaradək davam edəcək?
- Birinci pilləyə qalxmaq üçün 3-4 ay gözləməli olduq. Bu asan olmadı. Özümüz də dərk edirik ki, liderliyə yüksəlməkdən daha çətin orada möhkəmlənməkdir. Mövsümü birinci sırada başa vurmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

- Karyeranda ilk dəfə I Liqada mübarizə aparırsan. Daha əvvəl legioner həyatı da yaşamısan. Bu çempionatda səni təəccübləndirən nələr oldu?
- Məncə, I Liqada oynamaq yüksək dəstədə mübarizə aparmaqdan daha çətindir. Burada tamam başqa futbol, oyun sistemi gedir. Hər şey fərqlidir. Bunu sözlərlə ifadə etmək də çətindir.

- "Qəbələ" 11 oyunda qapısını toxunulmaz saxlayıb. Bunun nə vaxtadək davam edəcəyini düşünürsən?
- Bu sevindirici haldır. Amma hər şeydən əvvəl matçlardakı məqsədimiz qələbə qazanmaqdır. Qarşılaşmalarda qol buraxmamaq daha da xoşdur. Bacardığımız qədər qapımızı toxunulmaz saxlamağa çalışacağıq.

- I Liqada ilin ilk oyununda "Baku Sportinq"lə üz-üzə gələcəksiniz. Bu matç haqqında fikirlərin nədir?
- Bu komanda ilə iki dəfə üz-üzə gəlmişik. Pis komanda deyil. Yaxşı və istəkli kollektivdir. Hər şeydən əvvəl uzun fasilədən sonra çempionatın ilk qarşılaşması hamı üçün çətin keçir. Biz də bunu bilirik. Hazırlaşırıq, mövsümün ikinci yarısına uğurlu start vermək niyyətindəyik.

- "Qəbələ" ilə müqavilən mövsümün sonunda başa çatır. Bu yöndə klubla danışıqlara başlamısanmı?
- Xeyr. Hələlik müqavilə ilə bağlı danışmamışıq. İlk olaraq qarşımıza qoyulan hədəfə çatmalıyıq. Çempion olduqdan sonra bu barədə söhbət edə biləcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri