Icma.az
close
up
RU
Elxan Abdullayev: Rumıniya klubu ilə oyunda “Qarabağ”ın itirəcəyi heç nə yoxdur AZƏRTAC

Elxan Abdullayev: Rumıniya klubu ilə oyunda “Qarabağ”ın itirəcəyi heç nə yoxdur AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 yanvar, AZƏRTAC

“Sabahkı oyunda “Qarabağ”ın itirəcəyi heç nə yoxdur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Elxan Abdullayev “Qarabağ”ın UEFA Avropa Liqasının VII turunda Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, rəqibin bu mövsüm daha yaxşı mübarizə apardığını bildirib: “FKSB klubunun bəzi oyunlarını izləmişəm. Çox ağıllı futbol oynayırlar. Oyunçular və klub prezidenti də mətbuata iddialı açıqlamalar veriblər. Hiss olunur ki, rumınlar öz güclərinə güvənirlər. “Qarabağ”a gəlincə, sabahkı matçda qalib gəlməlidir. İnanıram ki, bunu bacaracaqlar”.

Mütəxəssisin sözlərinə görə, sabahkı oyunda “Qarabağ”ı Braziliyanın “Flamenqo” komandasına dəyişən Juninyonun yoxluğu hiss olunmayacaq: “Komanda bir futbolçudan asılı olmalı deyil. Vaxtilə “Qarabağ”da yaxşı potensiala malik hücumçular oynayıb. Yəni, Juninyo olmasa da, qalib gələ bilərlər”.

E.Abdullayev Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsinə yüksəlmək şanslarının az olduğunu vurğulayıb: “Hər iki oyunda qalib gəlsək də, heç nə öz əlimizdə deyil. Başa düşürəm, azarkeşlər “Qarabağ”dan daha çox şey gözləyir. Lakin hazırkı səviyyə buna imkan verir. Baxın, Avropanın sayılıb-seçilən klublarının bəziləri uğursuzluq yaşayırlar. Biz isə nəticə zəif olan kimi tənqidlərə başlayırıq. Qurban Qurbanovun komandasının indiyədək Azərbaycan futboluna bəxş etdiyi uğurları unutmaq olmaz. Birdən-birə zirvəyə qalxmaq olmur. Bunun üçün illərlə əziyyət çəkilir. Sadəcə, inanmaq və səbr etmək lazımdır”.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri