Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb? ARAŞDIRMA

Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb? ARAŞDIRMA

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Rəsmi statistikaya görə, hazırda ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər təşkil edir. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Statistik müqayisə göstərir ki, bu il yanvarından indiyədək əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb. Özəl sektorda müqavilələrin sayında azalma daha çox olub - 18 min 200 nəfər.

Qeyd edək ki, əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar. Əmək müqaviləsinin bağlanmaması işçi üçün mənfi nəticələrə səbəb olur. İş stajı hesablanmır, gələcəkdə pensiya təminatına mənfi təsir edir, məzuniyyətlə bağlı bir sıra məhdidiyyətlə qarşılaşırlar, əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər və s.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a deyib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.7-ci maddəsində işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə məsuliyyət nəzərdə tutulub. Belə ki, bu halda vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə də məsuliyyət nəzərdə tutulub. Bu halla bağlı fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20,000 manatdan- 25,000 manatadək məbləğdə cərimə edilir.

Sahib Məmmədovun sözlərinə görə, pay torpağı, kənd təsərrüfatı təyinatlı torpağı olan istənilən ailədə əmək qabiliyyəti yaşında olan insanlar avtomatik məşğul sayılır. Təxminən 900 min pay torpağı götürsək və bunların hərəsində iki nəfəri hesablasaq, bu, 1 milyon 800 min nəfər edir. Yəni faktiki olaraq onlar qanunvericiliyə görə məşğuldur, amma nə dərəcədə məşğuldur, dəqiq bilinmir:

"Araşdırılıb öyrənilsə görünər ki, bəziləri məşğuldur, bəziləri qismən məşğuldur, bəziləri isə ümumiyyətlə, torpaqlarını satıb, amma bunu rəsmiləşdirməyib və s. Yaxud ailə-kəndli təsərrüfatlarını götürək, məlum olduğu kimi, ailə-kəndli təsərrüfatlarında əmək müqaviləsi bağlanmır. Ümumiyyətlə, aqrar sektorda əmək müqavilələrinin sayı kifayət qədər azdır.

Bakıda qeyri-formal əmək kollektivləri var, hansı ki, onlar ev tikir, təmir edirlər. Onlarda əmək müqaviləsi yoxdur, amma əslində faktiki olaraq məşğuldurlar. Həmçinin özünəməşğul insanlar var. Məsələn, sənətkarlar elan verir ki, kombi, soyuducu, televizor təmir edir, antena quraşdırır və yaxud müəyyən yerlərdə öz əməyini qeyri-rəsmi surətdə satır. Onlarla əmək müqaviləsi bağlamaq mümkün deyil, yoxdur. Onlar “kölgə iqtisadiyyatı"nın nümayəndələridir”.

Liqa sədri qeyd edib ki, əmək müqaviləsi ilə çalışanların sayının azalmasının bir neçə səbəbi var: “2023-cü ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, mikrosahibkarlar yalnız o zaman güzəştli vergidən istifadə edə bilərlər ki, ən azı üç nəfər muzla işləyən işçi işə qəbul etsinlər. Görünür ki, kimlərsə formal olaraq belə işçiləri işə qəbul ediblər. Onlar faktiki olaraq işləmir, amma onların əvəzinə sosial ödəmələr həyata keçirilir. Bu, səbəblərdən biridir. Digər səbəb ilin sonunda bəzən hansısa şirkətlərin öz fəaliyyətlərini süni sürətdə dayandırıb, yenidən qeydiyyatdan keçməsi, VÖEN-i dəyişməsi və bu zaman işçiləri işdən azad edib, yenidən qəbul etməsidir. Bu hallar da rəqəmlərə təsir edir və əmək müqaviləsi ilə çalışanların sayı az görünür”.

Sahib Məmmədovun dediyinə görə, Azərbaycanda əmək bazarına daxil olanların sayı onu tərk edənlərdən çoxdur:

“Bizdə hələ də demoqrafik göstərici müsbət olaraq qalır. Gənclərin sayı çoxdur, əhalinin 64 faizini 40 yaşına çatmayanlar təşkil edir. Ona görə də əmək bazarına daxil olanlar çox, tərk edənlər isə azdır. Bu müsbət haldır ki, gənc əhalinin sayı çoxdur. Amma 2040-cı ildən sonra bizdə də böhran başlayacaq. İşsizliyin yaranmasına səbəb isə əmək qüvvələrinin regionlar üzrə düzgün paylanmamasıdır. Müəyyən sahələr var ki, orada ixtisaslı kadrlar çatışmır. Vakansiyalar var, amma işçi yoxdur. Bu da statistik rəqəmlərə öz təsirini göstərir”.



İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, əmək müqavilələrinin sayında azalma daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verib: "Aydındır ki, əmək müqavilələrinin sayı məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox kiçik sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqədardır. Belə ki, bu il yanvarın 1-dən etibarən mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olan, illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunur. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub.


Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir".


Sevinc,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri