Əmək sahəsi üzrə 22 milli standart layihəsi təsdiqləndi
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək sahəsi üzrə 22 milli standart layihəsi təsdiqlənib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) Bakıvaxtı.az-a bildirilib ki, qurumun təsis etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) 2025-ci ilin yekunlarına dair iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və “Azərsun Holdinq” MMC-nin nümayəndələri iştirak ediblər.
İclas zamanı yeni standart layihələri, “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”, həmçinin əmək sahəsində normativ tənzimləmələrin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Bununla yanaşı, əmək sahəsində qəbul edilmiş dövlət standartlarının iş yerlərində tətbiqi, Texniki Komitənin digər fəaliyyət istiqamətləri və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, üzvlərin təklifləri dinlənilib.
Sonda sözügedən Texniki Komitənin cari il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanan 22 milli standart layihəsinin təsdiq edilməsi üçün konsensus əsasında qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Yanvar 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















