Əməkdar artist QINADI: “İndiki qızlar ərə gedir ki, bir uşaq doğsun, sonra…” Yeni Çağ Media
Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İndiki qızlar ərə gedir ki, bir uşaq doğsun, sonra ərinin malını-mülkünü yarıbayarı bölsün, kişini soysun, uşağına aliment alıb boşansın”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev deyib.
Ailə institutunun getdikcə sıradan çıxmasını deyən aktyor həyəcan təbili çalıb:
“İndiki qızlar deyir ki, təki ərə gedim, tutar qatıq-tutmaz ayran. Bir uşaq doğsun, sonra ərinin malını-mülkünü yarıbayarı bölsün, uşağına aliment alıb boşansın. O aliment də heç yazıq uşağa xərclənmir, qadın özünün kefinə-damağına xərcləyir. Əvəzində də nə olur, atasız uşaq böyüyür. Nəticədə də o uşaq aqressiya ilə böyüyür və gələcəkdə potensial qatilə, cinayətkara çevrilir. Hər oğlan atasının, hər qız da anasının simasını əks etdirir. Ailə tərbiyəsi böyük önəm daşıyır. Əvvəllər belə şeylər yox idi, mentalitet, ailə dəyərlərinə hörmət qorunurdu. İndi ailə dəyərləri maddiyyat üzərində qurulur. Belə şeylərə görə ailə institutu dağılmaq üzrədir. Bu da mənəviyyatın aşınması deməkdir. Ailədə ər-arvad bir-birinə dözmür, güzəşt etmir, ara yerdə də övladını bədbəxt edir. O uşaq atasız böyüməklə travma alır. Baxır atası olan uşaqlara, həyata nifrət edir, aqressiv olur”.
Cəvahir
www.yenicag.az
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:138
Baxış sayı:138 Bu xəbər 09 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 09 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















