Əməkdar artistlə bağlı ÜZÜCÜ XƏBƏR
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, tanınmış muğam bilicisi, xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovun səhhətində ciddi problemlər yaranıb.
Məlumata görə, sənətkarın vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda o, ürək əməliyyatı olunması üçün paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib.
Bildirilib ki, Aqil Məlikov həkim nəzarəti altında müalicə alır və onun üzərində zəruri tibbi prosedurlar həyata keçirilir. Yaxın vaxtlarda sənətkarın ürək əməliyyatı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin tanınmış simalarından biri olmaqla yanaşı, uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir və milli musiqi irsinin təbliği istiqamətində mühüm xidmətləri ilə tanınır.
Sənətkarın səhhəti ilə bağlı yeni məlumat olduqca ictimaiyyətə çatdırılacaq.
Baxış sayı:111
Bu xəbər 24 Avqust 2026 01:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















