Icma.az
close
up
RU

Əməkdar rəssam Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 dekabr, Mikayıl Məmmədov, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu kitabın milli mədəniyyət tarixi üçün əhəmiyyətini qeyd edib. “Belə bir kitabın ərsəyə gəlməsi, məncə, çox mühüm hadisədir. Burada mədəniyyətimizin görkəmli xadimləri təsvir edilib, həm bədii əsərlər, həm də fotoşəkillər təqdim olunub”, - deyə Polad Bülbüloğlu bildirib.

Nəşrdə rəssamın yaradıcılıq yolunun geniş təhlili ilə yanaşı, onun şəxsi kolleksiyalarda saxlanılan və müxtəlif muzeylərdə sərgilənən əsərlərinin reproduksiyaları da yer alıb.

“Yaradıcılığım zamanı çoxlu materiallar toplanıb, çoxsaylı layihələr həyata keçirilib. Xaricdə 25-ə yaxın fərdi sərgilərim açılıb, sərgilərin ümumi sayı isə 200-ə yaxındır”, - deyə rəssam AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib. O, layihəsinə dəstək verdiyinə və nəşrinə köməyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Səlhab Məmmədov və ictimai xadim Rafael Gülməmmədli kitab haqqında fikirlərini bölüşüblər. Onlar Əməkdar rəssamın sənətə verdiyi töhfələri qeyd edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Təqdimat iştirakçıları muzeydə Tahir Məmmədovun əsərlərindən ibarət açılan sərgi ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri