Icma.az
close
up
RU
Əməliyyatda doğum günü keçirən, şou “qəhrəmanları” həkimlər Emin Əfəndi yazır...

Əməliyyatda doğum günü keçirən, şou “qəhrəmanları” həkimlər Emin Əfəndi yazır...

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Korrupsiya, qohumluq və tanışlıq bağları illərlə bizim səhiyyə sistemimizi içəridən dağıdıb, indi isə o sistem öz xəstələrini məhv etməyə başlayıb. Əslində bu, artıq yeni bir xəbər deyil. Son illərdə Azərbaycanda səhiyyə sahəsində baş verən hadisələr hər kəsi düşünməyə məcbur edir.

Bəlkə də, bu hadisələr həmişə olub, amma sosial şəbəkələrin inkişafı ilə daha qabarıq görünməyə başlayıb. Bəli, bizdə bu şəbəkələr sürətlə inkişaf etsə də, bir çox sahələr yerində sayır, hətta bəziləri geriləyir. Səhiyyəmiz də deyəsən məhz bu geriləmə xəttindədir.

30 yaşlı Nəzrin Mansurovanın adi bir burun çəpəri əyriliyinin aradan qaldırılması əməliyyatından sonra həyatını itirməsi nə ilkdir, nə də təəssüf ki, sonuncu olacaq. Əməliyyat, nəticəsiz iddialar, sosial şəbəkələrdə həkimin özünü müdafiə etməyə çalışması artıq klassik bir ssenaridir. Amma əsas suallar açıq qalır: sapsağlam insanın beyninə mikrob necə yoluxur? Onu əməliyyat edən cərrah lazımi instansiyalarda sorğu-suala çəkilibmi?

Bir də məsələ var ki, bu cərrahın, ümumiyyətlə, diplomu varmı? Bəlkə də var, amma son illərdə səhiyyə sistemimizdə ortaya çıxan saxta diplom faktlarını müvafiq nazirlik hələ də yoxlayır, deyəsən. Həmkarım Qənirə Ataşovanın apardığı araşdırmalar göstərib ki, ölkəmizdə həkim adını daşıyan bəzi şəxslər ya diplom sahibi deyil, ya da onların sənədləri saxtadır. Pasiyentlərin həyatını etibar etdiyi belə insanların fəaliyyətinə icazə verilməsi sistemin nə qədər xəstə olduğunun sübutudur.

Digər tərəfdən, daha dərin bir problem üzə çıxır. Gənc qızlar və hətta oğlanlar plastik cərrahiyəyə niyə bu qədər müraciət edir? Cəmiyyətin gözəllik standartları, sosial şəbəkələrin yaratdığı saxta ideallar insanları bıçaq altına girməyə vadar edir. Amma bir dəqiqə dayanıb soruşaq: plastik əməliyyat nəticəsində həyatını itirən insanlar üçün bu standartların dəyəri nədir?

Ən dəhşətlisi isə bizim səhiyyənin artıq bir Tiktok səhnəsinə çevrilməsidir. Əməliyyat masasında tortla doğum günü keçirən həkimlər, reklam çarxları üçün çəkilən “mükəmməl” xəstə hekayələri… Bu sistem xəstələrin sağlamlığı üçün deyil, baxış sayı və izləyicilər uğrunda mübarizə aparır. Deməli, bizim diplomlu-diplomsuz səhiyyə işçilərimiz üçün pasiyent ən yaxşı halda ikinci planda, reklam isə birinci plandadır.

Televiziya kanallarını açsanız, günorta şoularının əsas “qəhrəmanları” və sponsorlarının həkimlər olduğunu görərsiniz. Vallah, məncə, yaxşı həkimin efirə çıxıb 2-3 saat insanların məişət problemləri ilə maraqlanmağa və arada öz işi haqqında danışmağa vaxtı olmamalıdır. Buna vaxt tapanlar isə, məncə, həm özlərinə, həm də cəmiyyətimizə problem axtarıb tapırlar.

Səhiyyə sistemimizin xəstə olduğu çoxdan bəlli idi, amma bu xəstəlik indi insanları məhv etməyə başlayıb. Bəlkə də, hər birimiz təkcə həkimləri deyil, bu sistemi də sorğulamalıyıq. Əgər belə davam etsə, yaxın gələcəkdə bizim səhiyyənin adı yalnız sosial mediada çəkiləcək – amma artıq sağalmış xəstələr deyil, itirilmiş həyatlarla bağlı.

Emin Əfəndi

Sfera.az

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri