Icma.az
close
up
RU
Emil Əhmədov: Yaxın günlərdə şaxtaların qazıntısı başlanacaq

Emil Əhmədov: Yaxın günlərdə şaxtaların qazıntısı başlanacaq

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yeni stansiyaların inşası məqsədilə mərhələli işlər davam etdirilir. Bildiyiniz kimi, artıq "Yüksel Proje" şirkəti ilə müqavilə imzalanıb. Bura iki istiqamət daxildir: biri - 10 stansiyadan 9-nun və tunellərin layihələndirilməsi, ikincisi, Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi".

Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

O bildirib ki, xətlərin ayrılması zamanı "İçərişəhər" stansiyasında keçid kamerası, dönmə tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi də nəzərdə tutulub:

"Hazırda layihələndirmə işləri sürətlə davam edir. Stansiyaların yerlərinin dəqiqləşdirilmsi və rəsmiləşdirilməsi istiqamətində tədbirlər görülür. Tunel traslarının hazırlanması da fəal olaraq aparılır. Metro inşaatının özəllikləri çoxdur. Sadəcə, inşaat deyil, infrastruktura daxil olan bütün məsələlər nəzərdə tutulmalı, Tikintinin Norma və Qaydalarının bütün müddəaları nəzərə alınmalıdır.

Xətlərin ayrılması istiqamətində isə işlərə isə "Dərnəgül" deposu ilə başlanılıb. Hazırda tunellərdə bir km-dən artıq dəmir yollarının çəkilməsi prosesi sürətlə davam edir. Yollar dəmir-beton blok üzərində olacaq. Depo ərazisində qatarlara təmir, qulluq, baxış sahəsində də dəmir-beton işləri görülür. Birinci mərhələdə, 7 belə sahə tam hazır vəziyyətə gətiriləcək. Bununla yanaşı, qatarların depoya daxil olması və onlara xidmət göstərilməsi üçün lazım olan bütün infrastrukturla bağlı işlər də qaydasında davam edir".

Emil Əhmədov əlavə edib ki, yaxın günlərdə şaxtaların qazıntısı başlanacaq:

"Burada 30 metr dərinliyə qədər şaxta qazılacaq. "Dərnəgül" deposunun birinci mərhələsi başa çatdıqdan sonra isə bu şaxtalardan, əvvəllər elan etdiyimiz, 200 metrədək tunel inşası da başlanacaq.

Bilirsiniz, xətlərin ayrılması təkcə bundan ibarət olmayacaq. "28 May" stansiyasının platformasını "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirən piyada tuneli də inşa olunacaq. Burada da layihə işləri tamamlanıb və hazırlıq işlərinə başlanılıb. Münasib dövrdə bu tikinti işinə də başlanılacaq".

E.Əhmədov sonda qeyd edib ki, xətlərin ayrıldıqdan sonra dayanıqlı enerji təminatını verəcək iki elektrik yarımstansiyanın da layihələndirilməsi işləri davam etdirilir:

"İçərişəhər" stansiyasının arxasındakı dönmə kamerası ilə bağlı hazırda geoloji kəşfiyyat-axtarış işləri davam etdirilir. Layihələndirmə yekunlaşan kimi həm dönmə kamerası, həm tunel, həm də avtoparkinqlə bağlı məlumatlar təqdim olunacaq"

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri