Icma.az
close
up
RU
Emin Əmrullayev Üzeyir bəyin musiqi binasını necə dağıdır? Pianoçudan sərt fikirlər

Emin Əmrullayev Üzeyir bəyin musiqi binasını necə dağıdır? Pianoçudan sərt fikirlər

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu gün Azərbaycanda musiqi təhsil sistemində hər hansısa bir şəxsin iki əsas hədəfi mövcuddur:

1.Təhsil almaq;

2.Təhsil vermək;

Hər iki istiqamətdə tamamilə yaxından-uzaqdan musiqiyə aidiyyəti olmayan, hətta qeyd edərdim ki, ciddi maneə yaradan amillər vardır. Təbii ki, bu, çox ciddi şəkildə hazırda təhsilalana və təhsilverənə mənfi təsir edir. Xoşagəlməz tendensiyanın birmənalı şəkildə öz mənfi təsirini gələcək nəsillərə də göstərəcəyinə şübhə yoxdur.

Musiqi təhsilini uçuruma aparan imtahan suallarına nəzər yetirək. İlk öncə bir şəxsin musiqi magistr təhsili almaq üçün rastlaşdığı “random” xarakterli bir neçə suala nəzər yetirək. Xahiş edirəm suallara çox diqqətlə baxın.

Sual № 1. Mövzu “Sahə və perimetr”

Sual № 2. Mövzu “Qeyri-aşkar cədvəllər”




Sual № 3. Mövzu “Şifrələr”

Məntiq fənnindən işə və magistraturaya qəbul üçün Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan sualların tipinə dair nümunələrlə tanış olduq. Əlbəttə, mən DİM-i bir qurum kimi çox bəyənirəm. Bu məsələdə problemin qaynağı onlar hesab edilsə də, əslində elə deyil. Məsələyə nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən düzgün mütəxəssilər dəvət etməklə olmalıdır. Əfsuslar olsun ki, nazirlik bu istiqamətdə heç bir ciddi addım ortaya qoymur və heç qoymaq fikrində də deyil. Bundan ziyadə ali təshil ocaqlarında çalışan pedaqoji heyətin professorları, rəhbərləri kimi şəxslər bu ciddi problemla bağlı susurlar.

Bu nədir? Bu necə suallardır?!

İnformatika fənnindən olan suallar insanda bilirsiz, hansı təəssüratı yaradır?..

Düşünürəm ki, bir o qalıb ki, musiqiçi magistr imtahanı verəndə PC-nin ana platasının təmirinin necə olmasını da praktiki olaraq göstərsin. Nümunə üçün bir sual:

Ayıbdır…

İstər orta təhsil, istərsə də ali təhsil ocaqlarında tədris alan tələbələrin əksəriyyəti, heç düz-əməlli öz ixtisaslarını öyrənə bilmirlər. Qaldı ki, bu tipli qəliz məntiq və informatika suallarını…

Özü kiçik və sadə, təhsil baxımından əhəmiyyəti böyük olan maraqlı bir məqamı nəzərinizə çatdırmaq istərdim. Musiqişünaslıq ixtisasında təhsil alan bir sıra tələbələr tanıyıram ki, elementar olaraq sadə bir akkordu qura bilmirlər. Məsələ bununla bitsə, dərd yarıdır. Həmin tələbənin “arxasında” ya fakültə dekanı, ya da daha böyük bir fiqur dayanır. Özü də necə deyərlər, dağ kimi. Hətta həmin tələbənin əlaçılıq təqaüdü alması üçün müəyyən maraqlar müstəvisində vuruşur da. Musiqiçi olmayanların bu dramatik vəziyyəti başa düşməsi üçün belə bir müqayisə aparım: Zənn edin ki, ali riyaziyyat fənni üzrə ixtisaslaşan biri üçbucağın sahəsinin nə oldğunu bilmir və əlaçı təqaüdü alır. Nəticə etibarilə başqa bilikli birinin haqqına girmiş olur. Bu da ali təhsil ocaqlarında başqa bir aktual problemdir...

İndi isə əsas mətləbə keçək. Bu tipli suallara cavab vermək əlbəttə ki, mümkündür. Amma bizə bir o qədər də lazım deyil. Çoxlarınız düşünə bilərsiniz ki, məntiq də, informatika da gərəklidir. Bəli, mən də bu fikirlə birmənalı şəkildə razıyam. Lakin bu dərəcədə mürəkkəb suallar imtahan zamanı vaxt aparır. Bu da öz növbəsində bizim musiqi elmimizə qəti şəkildə lazım deyil!

Bu səbəbdən hal-hazırda ali musiqi təhsili ocaqlarında olan tələbələrin 100/95-nin "Azərbaycan muğamları", " Musiqi nəzəriyyəsi", "Musiqi əsərlərinin quruluşu", "Harmoniya", "Polifoniya", " Musiqi tarixi", "Azərbaycan xalq musiqisinin əsasları" kimi fənlərdən düz-əməlli xəbərləri yoxdur.

Məgər Üzeyir bəy Şərq musiqi tarixində təkrarı olmayan "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi-nəzəri fundamental kitabı ərsəyə gətirəndə bu tipli məntiqi məsələlərin biliklərini arxalanırdı?

Qeyd edim ki, dahi bəstəkarımızın ərsəyə gətirdiyi bu böyük nəzəri sistemə malik kitabın nə bu tip məntiqə, nə də ki, informatikaya ehtiyacı yox idi.

Üzeyir bəyin əsasını qoyduğu Bakı Musiqi Akademiyası vaxtilə bizim musiqi ictimaiyyətimizə görün, necə böyük şəxsiyyətləri bəxş edib. Musiqişünaslardan -Məmmədsaleh İsmayılov, Ramiz Zöhrabov, Əminə Eldarova, Bayram Hüseynli və b.

Bəstəkarlardan - Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Arif Məlikov, Aqşin Əlizadə və onlarla digər şəxslər...

Açıq etiraf etmək lazmdır ki, bu sualları Azərbaycan musiqi elmində olan on professordan ən yaxşı halda bir, nadir hallarda iki nəfər işləyə bilər. Hörmətli professorlar! Sizlər də susmayın. Bu məsələni tədris ocaqlarında müzakirəyə qoyun və problemi DİM ilə müştərək bir masaya qədər gətirib çıxarın. Bu tipli suallar ucbatından xeyli istedadlı gənclər işə qəbul oluna bilmirlər. Nə var ki, orada bizlər üçün belə əhəmiyyətsiz suallar vardır. Bu problem eynilə bakalavr təhsilini başa vurub magistr pilləsinə qəbul olmaq istəyən qeyri-adi ifaçıların təhsil arzularını da gözündə qoyur. Axı bu məsələ burada bitmir. Çox istdedadlı gəncləri musiqi sahəsindən ayırır, akedemik mühitdən uzaqlaşdırır və restorana doğru üz tutmağa məcbur edir. Bu isə xalis bədbəxtçilikdir...

Əlbəttə ki, həm məntiq, həm də informatika fənnindən olan bu sualların cavabı var. Ancaq bu abituriyentin ali təhsil müəssisələrinə qəbul olması və yaxud bir tələbənin işə qəbulu üçün mizan ola bilməz! Dünyanın heç bir ölkəsində musiqi sahəsində belə bir formatda imtahan tələb olunmur.

Musiqi sahəsində magistr imtahanında verilən 40 məntiqə dair sualdan 35-ni düz cavablandıran tələbələr bu gün ali təhsil müəssisələrində “Harmoniya”, “Elementar nəzəriyyə”, “Musiqi tarixi”,”Polifoniya” kimi mürəkkəb fənnlərdən tədrislə məşğul olurlar. Onların musiqi biliklərini yoxlasanız əksəriyyəti öz ixtisaslarını bilmirlər! Çünki musiqiyə aid imtahan vermək əvəzinə məntiq və informatika kimi sahələrə yönəlib, sonra müəyyən “üsullar”la işə qəbul olurlar.

Mən bu sözləri özümdən demirəm. Bunları mənə tələbələr danışır ki, filankəs müəllim bizə bu fənni tədris edə bilmir. Filankəs müəllim musiqini bilmir. Biri deyir ki, müəllim fortepiano ixtisas dərsində telefon ilə oynayır və s. Hətta bir tələbə mənə yazdı ki, “üçtonlu intervalları” natural minor qammasında qurmuşam, müəllim mənə bunun səhv olduğunu deyir. İsrarla tələbənin üzünə qayıdır ki, “üçtonlu intervallar” ancaq harmonik minor qammasında qurula bilər. Hələ bu “müəllimin” kvinta dairəsindən də xəbəri yoxdur. Həmin müəllimin magistr pilləsinə qəbul olanda test cavablarına baxsaq, görə bilərik ki, ixtisas əvəzinə məntiqdən imtahan verib və indi özünəməxsus “məntiqi” ilə musiqi nəzəriyyəsini tədris edir.

Nə deyim….İndi həmin şəxs Azərbaycanda müasir, yeni yaradılan universitetdə tədrislə məşğuldur. Ümid edirəm ki, “üçtonlu” intervalların bütün quruluş qaydalarını öyrənib.

Bu kimi nümunələr çoxdur əslində, saymaqla bitməz ki…..

Dünya musiqi tarixində ən nəhəng bəstəkarlardan biri olan L.V.Bethovenin məşhur “Patetik” sonatasını “Slujebnıy roman” filminin musiqisindən dövlət imtahanına buraxılışda ayırd edə bilməyən Şəki Musiqi Kollecinin rəhbərliyi və onun fortepiano üzrə şöbə müdirinin cəmiyyətə hansı faydası ola bilər ki? Hələ direktorun Üzeyir bəyin yubileyində verdiyi sual... “Sənsiz” romansının sözlərini kim yazıb?. Kollecdə olan başqa “şəffaf” bazar iqtisadiyyatını heç qeyd etmirəm. Necə deyərlər, eşitməyən qulaq qalmayıb. Bu isə başqa bir dərddir...

İşin ən tragikomik tərəfi isə budur ki, Üzeyir bəyin "Sənsiz" romansından bixəbər olan direktoru təhsil naziri işdə saxlayır, həmin tip müəssisələrə işə qəbul olmaq istəyən şəxslərə isə məntiqdən sual hazırlayanlara dəstək verir!

Hansı səbəbə görə qəbul imtahanında qabiliyyət tipli test suallarını çıxarıb ancaq məntiq, informatika və xarici dil əlavə edirsiniz? Əlbəttə, bu fənnlər üzrə sualların olması əhəmiyyətlidir, lakin müəyyən dərəcədə. Hətta deyərdim ki, elementar formada Sadə bilikləri yoxlamaq məqsədilə olarsa, arzuediləndir.

Niyə bu işlə Elm və Təhsil Nazirliyi ciddi bir şəkildə maraqlanmır!? Hər halda problemin həlli üçün müvafiq komissiya yaratmaq olar. Lakin bu komissiyaya da gərək həqiqətən elmi, biliyi olan şəxsləri dəvət edəsiniz....

Bizlərə dərs deyən müəllimlərdən Ramiz Zöhrabov, Elxan Babayev, Gövhər Hüseynova, Lalə Mehdiyeva, Ülviyyə İmanova, Elnara Dadaşova, Zümrüd Dadaşzadə, Cəmilə Həsənova, Oqtay Abbasquliyev, Tofiq Bədirxanov, Pərviz Quliyev, Kəmalə Neymanova və adlarını çəkmədiyim bir çox pedaqoqlar məgər məntiq imtahanı ilə elmi nailiyyətlər əldə ediblər? Heç onların bu məntiqə ehtiyacı belə yox idi. Öz fənnlərini bizlərə kifayət qədər yaxşı tədris edirdilər.

İndi Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi müəssisələrdə təhsil alan tələbələr bu cür məntiqi suallardan keçib magistr olurlar və sonra da təcrübəli müəllimlər haqqında elə sözlər, elə boş ifadələr işlədirlər ki, insan bu sənətə nifrət edir.

Azərbaycan Milli Konservatoriyasının professoru İradə xanım Hüseynova kimi ciddi nəzəri biliklərə malik olan mütəxəssislə "5 dənə məntiqi" suala cavab verib magistri bitirib dərsə başlayan biriləri baş-başa gəlmək istəyir. Siz o müəllimin yanından yel olub ötə bilməzsiniz axı! Bir baxın, kimsiniz onun qabağında?!

Sizlərə təəccüblü gəlməsin, tələbələr ali təhsil ocağında dörd il oxuduqdan sonra yenidən repititora müraciət edir. Səbəb aydındır: bilikləri yetərli deyil. Bu cür misalların davamını gətirə bilərəm...

Heç kim sual etmir ki, niyə musiqişünaslıq ixtisası üzrə magistr pilləsində qabiliyyət imtahanını ləğv edir, əvəzinə ali təhsil müəssisələrini belə savadsız kadrlarla doldurmağa zəmin yaradırsınız?!

Bu məsələdə ən gülünc hal isə odur ki, bakalavr üzrə hansı ixtisası istəyirsən, bitir -klarnet, gitara, saz, nağara... Sonra məntiq, informatika və xarici dil fənnlərindən test imtahanı ver, gəl ol musiqişünas. Sonra da tarixi-nəzəriyyə üzrə magistr dissertasiyası yaz və müdafiə elə! Hara baxırsınız, hörmətli Elm və Təhsil naziri Emin Əmrullayev və onun aidiyyatı üzrə əməkdaşları?

Heyf sizin qurduğunuz musiqi “binası”na, Üzeyir bəy! O indi müasirlik adı altında dağılır...

Bütün bunların səbəbi isə bu sahədə səlahiyyətli şəxslərin ağızlarına su alıb oturmasıdır. Məsələyə “məndən ötsün, kimə istəyir dəysin” prinsipi ilə yanaşma var. Bu səbəbdən də nə təshilalan, nədə təhsilverən düzgün istiqamətdə inkişaf edə bilmir!

Bu işlər doğrudan da çox ciddi fəsadlara yol açıb və açmaqda da davam edir.

Aslan Mustafazadə,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
dissertantı, musiqişünas və pianoçu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri