Icma.az
close
up
RU
Emin Əmrullayevin birinci sinifdəki kitabları ağır idi, yoxsa indiki uşaqların kitabları? CAVAB

Emin Əmrullayevin birinci sinifdəki kitabları ağır idi, yoxsa indiki uşaqların kitabları? CAVAB

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, onun birinci sinif kitabları indiki uşaqların kitablarından daha ağır idi.

Ancaq valideynlər isə əks fikir bildirirlər ki, 10-20 il əvvələ baxdıqda, hazırda uşaqların dərslikləri çox ağırdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi ki, Emin Əmrullayev burada tamamilə yanlış düşünür:

"Çünki köhnə dövrləri xatırlasaq, görərik ki, bizim vaxtımızda cəmi üç fənn kitabı olurdu: biri ana dili, biri oxu, biri də riyaziyyat. Həmin kitabların içindəki səhifələr və vərəqlər fərqli kağız materiallarından hazırlanırdı. İndiki kitabların kağızları isə bizim bu gün bildiyimiz adi A4 kağızlarından, hətta ondan da ucuz kağız materiallarından hazırlanır. Bu kağız materialları ümumilikdə ağırdır. Həmin kağızlar əsasən kağız artıqlarından hazırlanmış, istehsal olunmuş kağızlardır. Bu gün bütün kitablara diqqət yetirin: kitabların hər biri A4 ölçüsündə və ağırlığındadır. Amma köhnə kitabları arxivdən götürüb baxsanız, görərsiniz ki, kağızlar daha çox sarımtıl formada idi və ya sarımtıl olmasa belə, yüngül çəkiyə malik idi".

Müsahibimiz dərs yükündən də bəhs etdi:

"Həm birinci sinifdə, həm də ikinci sinifdə oxuyan övladlarımın kitablarının ağırlığına və proqramdakı həddindən artıq yüklənməyə şahidəm. Bu gün məktəblərdə birinci və ikinci siniflərə həddindən artıq lazımsız, mənasız fənlər yüklənib. Mən bunu dəfələrlə müşahidə etmişəm: birinci sinifdə şagirdlərə ingilis dilini sadəcə papuqay kimi əzbərlədirlər. Buna ehtiyac yoxdur. İkinci sinifdə isə bu il şagirdlərə “Şahmat” adlı bir fənn əlavə edilib. Buna da ehtiyac yoxdur. Çünki şahmat dərs deyil, təhsil səviyyəsinə uyğun bir fənn deyil, daha çox idman və ya intellektual fəaliyyət sahəsinə aiddir. Şahmatın təhsillə birbaşa əlaqəsi yoxdur, bu, şagirdin hobbi kimi öyrənə biləcəyi bir məşğuliyyətdir. Hansı şagird istəyirsə, dərsdən sonra şahmatla məşğul ola, kurslara gedib öyrənə bilər. Onu məktəbdə ayrıca bir fənn kimi tədris edib uşağın yükünü artırmaq tamamilə mənasız və lazımsızdır.

Bundan əlavə başqa fənlər də var ki, məsələn, “Həyat bilgisi” fənni də lazımsızdır. İngilis dili ilə bağlı yenə qeyd edirəm, dərslikləri açıb baxın, birinci və ikinci siniflərdə uşaqlara artıq cümlələr öyrədilir. Bu mənasızdır. “Azərbaycan dili” fənninə baxıram: ikinci sinif şagirdinin kitabında 6-7-8-ci sinif proqramına uyğun mövzuların yer almasına nə ehtiyac var? Bütün bunlar kitabların səhifələrinin artmasına gətirib çıxarır. Lazımsız, mənasız iş dəftərləri mövcuddur. O qədər kitab, vəsait aldırılır ki, nəticədə şagirdin çantası şagirdin özündən ağır olur".

Elçin Murad Emin Əmrullayevin "valideynlər uşağın çantasını ağırlaşdırır" sözlərinə də cavab verdi:

"Valideynlərin çantaya qoyduğu maksimum şey bir su və uşağın acanda yeyə biləcəyi bir dürmək və ya kiçik şirniyyatdır. Əgər Emin Əmrullayev bunu nəzərdə tutursa, bu, tamamilə yanlış yanaşmadır. Ona görə də mən belə düşünürəm ki, bu məsələyə ciddi şəkildə yenidən baxmaq və düzgün formada əl gəzdirmək lazımdır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri