Icma.az
close
up
RU
Emosional intellektinizi bu üsulla inkişaf etdirin Alimlərdən yeni ARAŞDIRMA

Emosional intellektinizi bu üsulla inkişaf etdirin Alimlərdən yeni ARAŞDIRMA

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

EQ olaraq da tanınan duyğusal zəka, insanın öz duyğularını və eyni zamanda ətrafındakı insanların hisslərini anlama və dərk etmə bacarığı kimi tanımlanır. 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, elm adamları bu qabiliyyətin sonradan inkişaf etdirilə bilən bir bacarıq olduğunu bildiriblər.

Georgia Texnologiya İnstitutundan Evonne Iau və Paul Verhaeghen tərəfindən bu il yayımlanan elmi məqalədə duyğusal zəkanın təlimlə gücləndirilə biləcəyinə diqqət çəkilib. Harvard Business School isə duyğusal zəkanın inkişafı üçün tətbiq edilə biləcək 4 əsas üsulu açıqlayıb:

1. Gündəlik yazmağa başlayın


Günün sonunda düşüncələrinizi, davranışlarınızı və digər insanlar haqqında müşahidələrinizi qeyd edin. Hansı mövzularda uğurlu olduğunuzu və sizi qəzəbləndirən insanlar və ya hadisələrin nədən qaynaqlandığını analiz etmək, fərqindəliyinizi artıraraq ani emosional reaksiyaların qarşısını almağa kömək edir.

2. Ətrafınızdan rəy alın


Yaxın çevrənizdən güclü və zəif tərəflərinizlə bağlı rəy istəmək, özünüzdə fərqində olmadığınız “kor nöqtələri” aşkara çıxarmağa kömək edir.

3. Aktiv dinləmə bacarığını inkişaf etdirin
"Psychology Today" jurnalına görə, insanların yalnız təxminən 10%-i effektiv şəkildə dinləyə bilir. Qarşınızdakı insanı diqqətlə dinləməyə çalışın, başınızı sallayaraq və ya göz təması quraraq dinlədiyinizi hiss etdirin. Aktiv dinləmə, digər insanların düşüncə və hiss dünyasına yaxınlaşmağınızı asanlaşdırır.

4. Öz duyğularınızı dərk edin


Başqalarının duyğularını anlaya bilmək üçün ilk növbədə öz emosiyalarınızı dərk etməlisiniz. Güclü bir hiss yaşadığınız zaman, onun səbəbini analiz edin və sizi emosional reaksiyaya sövq edən amilləri nəzərdən qaçırmayın.Mütəxəssislərə görə, bu metodlar duyğusal zəkanın inkişafı üçün praktik və təsirli yanaşmalardır.

Fidan Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Mart 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri