Icma.az
close
up
RU
Emosional manipulyasiya bizi öz gerçəkliyimizdən təcrid edir

Emosional manipulyasiya bizi öz gerçəkliyimizdən təcrid edir

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsan münasibətləri qarşılıqlı hörmət, sevgi və anlayış üzərində qurulduqda sağlam şəkildə inkişaf edir. Lakin bəzən bu balans pozulur və tərəflərdən biri qarşısındakı insana nəzarət etmək, onu emosional cəhətdən zəiflətmək üçün gizli üsullara əl atır. Bu cür halların ən təhlükəlilərindən biri “gaslighting” - yəni emosional manipulyasiya üsuludur.
Missiya.Az bu barədə araşdırmasını təqdim edir:

Gaslighting anlayışı ilk dəfə 1938-ci ildə yazılmış “Gas Light” adlı pyesdən yaranıb. Əsərdə bir kişi arvadını ruhi cəhətdən idarə etmək üçün evdəki işıqları qəsdən azaldır, qadın bunu hiss etdikdə isə “sən xəyal görürsən” deyərək onun ağlından şübhə etməsinə səbəb olur. Bu hekayə sonradan psixologiyada insanların reallıq hissini pozmaq üçün istifadə olunan manipulyativ davranışların simvoluna çevrilib.
Gaslighting zamanı manipulyator qarşısındakı insanın hisslərini, xatirələrini və düşüncələrini şübhə altına alır. “Sən çox həssassan”, “belə bir şey demədim”, “sən uydurursan” kimi cümlələrlə qurbanın özünə inamı sarsıdılır. İnsan zamanla nəyi xatırladığından, nə hiss etdiyindən və hətta kim olduğundan belə əmin ola bilmir. Bu vəziyyət onu manipulyatorun təsiri altına salır və asılı hala gətirir.
Uzun müddət davam edən emosional manipulyasiya insanın ruh halına ağır təsir göstərir. Özünə inam azalır, qərar vermək çətinləşir, qorxu və narahatlıq hissi güclənir. Qurban çox vaxt düşünür ki, “bəlkə problem məndədir” və beləliklə manipulyatorun yaratdığı zəncir qırılmır. Bu, depressiya, sosial təcrid və emosional yorğunluq kimi ciddi nəticələr doğura bilər.

Gaslighting-i tanımaq üçün bəzi əlamətlərə diqqət etmək lazımdır. Əgər sən daim “sənin hisslərin səhvdir” kimi sözlər eşidirsənsə, öz qərarlarından və xatirələrindən şübhələnirsənsə, qarşı tərəfə daima haqq qazandırırsansa və sanki kim olduğunu unudurmuş kimi hiss edirsənsə -bu, artıq bir siqnaldır. Sağlam münasibət heç vaxt səni öz reallığından uzaqlaşdırmamalıdır.
Belə bir vəziyyətdə ən vacib addım özünü müdafiə etməyi öyrənməkdir. Əvvəlcə öz hisslərinə inan və onların dəyərini heç vaxt kiçiltmə. Hadisələri, danışıqları və səni narahat edən davranışları qeyd et -bu, reallığı itirməməyinə kömək edəcək. Sərhədlər qoymaq da çox vacibdir: kimsənin sənin hisslərini və düşüncələrini inkar etməsinə icazə vermə. “Bu mənim hissimdir və sən onu dəyərləndirməlisən” demək, özünə hörmətin ifadəsidir.


Eyni zamanda, etibar etdiyin insanlarla paylaşmaq, dəstək almaq da çox önəmlidir. Manipulyatorlar adətən qurbanı tək buraxmağa çalışırlar, amma sənin gücün dostluqda, ailədə və sevən insanlarda gizlidir. Əgər vəziyyət dəyişmirsə, psixoloqla danışmaq və ya zərərli münasibətdən uzaqlaşmaq ən sağlam yoldur.
Unutma ki, gaslighting səssiz, amma dağıdıcı bir psixoloji zorakılıq formasıdır. O, insanın reallığını sarsıdır, amma bu sarsıntıdan çıxmaq mümkündür. Sən düşündüyündən daha güclüsən və öz həqiqətini qorumağa tam haqqın var. Hər bir insan hörmət, sevgi və səmimiyyətlə davranılmağa layiqdir. Sağlam münasibət nəzarət və qorxu üzərində deyil, anlayış və qarşılıqlı etimad üzərində qurulur.
İlahə Qənbərli

Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://missiya.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri