Icma.az
close
up
RU
Emrah Çelikel də deyir, AFFA reaksiya vermir Qarabağ ın Azərbaycan futboluna aidiyyəti yoxdur?

Emrah Çelikel də deyir, AFFA reaksiya vermir Qarabağ ın Azərbaycan futboluna aidiyyəti yoxdur?

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir həftə əvvəl bu barədə "Futbolumuz"da danışmışdım. Ötən gün "Qarabağ"ın direktoru Emrah Çelikel də bu mövzuda AFFA-dan dəstək gözlədiyini deyib. 

Söhbət "Qarabağ"ın bazasına bitişik ərazidən gedir. SOCAR-ın balansında olan, "Neftçi" İSM-ə məxsus qurğuda böyük ölçüdə ciddi fəaliyyət yoxdur. Həmin ərazi "Qarabağ" klubuna verilərsə, Tahir Gözel uşaqlar üçün möhtəşəm futbol akademiyası ərsəyə gətirəcəyini deyir. Lakin onu hələ ki eşidən yoxdur. 

Əslində, bir neçə il əvvəl cənab prezident İlham Əliyev həmin torpağın "Qarabağ"a verilməsi ilə bağlı tapşırıq vermişdi. Lakin sabiq SOCAR rəhbəri Rövnəq Abdullayev bunu əngəlləmək üçün idmançıların adından ölkə başçısına müraciət məktubu ünvanlamış və bu məsələ o vaxt beləcə qapanmışdı. 

Emrah Çelikel demişkən, AFFA rəhbərliyi dəyişib, amma AFFA-nın bu məsələdə "Qarabağ"la bağlı mövqeyi dəyişməyib. Deyəsən, Rövşən Nəcəf də əvvəlkilər tək "Qarabağ"a kömək eləmək həvəsində deyil. Bu səssizliyə başqa ad vermək olmur. 

Maraqlıdır ki, "Qarabağ"ın ofisində olan, bu kluba dəstək olduğunu göstərən baş katib Cahangir Fərəcullayev də gündəmə gələn bu məsələyə reaksiya vermir. Düzdür, Fərəcullayevin bu ərazinin "Qarabağ"a verilməsi prosesinə birbaşa müdaxilə etmək səlahiyyəti yoxdur. Buna SOCAR rəhbəri qərar verməlidir. Amma Cahangir bəy İnkişaf Strategiyasının başında dayanan adam kimi bu məsələni Rövşən Nəcəfin qarşısında qaldırmaq gücündədir. 

Əslində, bu torpağın "Qarabağ"a verilməsi AFFA-nın öz işinə də yaraya bilər. Artıq sirr deyil ki, AFFA-nın İnkişaf Strategiyasına başlamaq üçün lazımı maliyyəsi yoxdur. Ona görə də, günü-günə satmaqla məşğuldular. Bu baxımdan qeyd olunan ərazini "Qarabağ"a İnkişaf Strategiyası çərçivəsində vermək olar. AFFA bununla "Qarabağ"la müştərək akademiya ərsəyə gətirə bilər. Zatən, akademiya tikməklə iş bitmir. Onu saxlamaq və s. xərclər də var ki, "Qarabağ" bütün xərcləri qarşılamaq gücündədir.  

İctimaiyyətdə belə bir fikir formalaşıb ki, "Qarabağ"ın Azərbaycan futboluna heç bir aidiyyəti yoxdur. Təbii ki, bu belə deyil. "Qarabağ" bu ölkəni təmsil edir, bu ölkənin millsinə oyunçu verir, bizim futbolun bir parçası, lap elə özüdür. Sadəcə uzun illər AFFA rəhbərliyinin "Qarabağ"a qarşı soyuq və laqeyd münasibəti ölkənin ən güclü klubunu özündən uzaqlaşdırıb. Bu AFFA rəhbərliyinə gəlincə, indikilər sanki neytral mövqe tutublar. Elə bil "Qarabağ"ın nə pisliyini istəyirlər, nə yaxşılığını. Və bir şeyi anlamırlar ki, "Qarabağ"ın hər qələbəsindən sonra AFFA prezidentinin şablon təbrikiylə olmur bu işlər. Əl-ələ verib, dəstək olmaq lazımdır. Sözlə yox, əməllə!

Emin Abbasov

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri