Icma.az
close
up
RU
“Ən yaxın dostlarımın hamısı Bakıdadır” Aleksandra Kiroi Boqatırevanın ə MÜSAHİBƏSİ FOTO

“Ən yaxın dostlarımın hamısı Bakıdadır” Aleksandra Kiroi Boqatırevanın ə MÜSAHİBƏSİ FOTO

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Avstraliyalı gimnast Aleksandra Kiroi-Boqatıreva Paris Olimpiadasından sonra aktiv idman karyerasını başa vursa da, idmanda yeni bir statusda qalmaqdadır. Üç il Bakıda məşq edən idmançı Melburnda öz Akademiyasını yaradıb və gənc gimnastların yeni nəslini hazırlayır.

Yeni fəaliyyət istiqamətində qazandığı uğurlar, Azərbaycanla bağlı xatirələri və Bakıdakı dostları barədə A.Kiroi-Boqatıreva İdman.Biz-ə danışıb.

- Kiroi Akademiyasının yaradılması ideyası necə yarandı?

- Bu ideya idmana olan saf sevgidən doğdu. Bədii gimnastikada 17 ildən artıq yol keçdikdən sonra – beynəlxalq yarışlardan tutmuş dünya səviyyəli məşqçilərlə çalışmağa qədər – Viktoriya ştatında həqiqətən dəyərli bir iş qurmağa hazır olduğumu hiss etdim. Elə bir məkan yaratmaq istəyirdim ki, burada idmançılar özlərini dəstəklənmiş, ruhlandırılmış və təhlükəsiz hiss etsinlər, valideynlər isə uşaqlarının müsbət və yaxşı strukturlaşdırılmış mühitdə inkişaf etdiyinə əmin olsunlar.

- Akademiyanın fəaliyyəti və bu il əldə olunan nəticələr sizi qane edirmi?

- Bəli, tam şəkildə. 2025-ci il bizim ilk rəsmi ilimiz oldu və ili çox güclü, müsbət notlarla başa vurduq. Gimnastlarımız cəmi bir neçə ay ərzində nəzərəçarpacaq inkişaf göstərdilər, məşqçi heyəti maksimum səylə çalışdı, ştat və milli səviyyəli yarışlarda isə əla nəticələr əldə etdik. Amma ən vacibi odur ki, Akademiya daxilində formalaşan mədəniyyət məhz mənim düşündüyüm kimidir – idmançı yönümlüdür.

- Siz gimnast kimi üç il Bakıda məşq etmisiniz. O dövrü necə xatırlayırsınız?

- Məni həm idmançı, həm də şəxsiyyət kimi formalaşdıran azərbaycanlı ailəmə çox minnətdaram. Dəstəyə, mentorluğa və uğura aparan düzgün istiqamətə görə onlara borcluyam. Milli Gimnastika Arenasında hazırlıq mənim üçün unikal təcrübə idi. Bakıdakı Dünya Kuboku mərhələlərində beş dəfə çıxış etdim, Avropa Kubokunda və dünya çempionatında iştirak etdim. Biz hər gün 8–10 saat məşq edirdik.

- Azərbaycanla əlaqəni necə qoruyursunuz?

- Ən yaxın dostlarımın hamısı Bakıdadır. Zöhrə Ağamirova, Arzu Cəlilova, qrup hərəkətləri üzrə komanda, böyüklər, eləcə də aşağı yaş qruplarından olan gimnastlar. Məşqçilər də daim dəstək göstərirlər. Onlar mənim ailəmdir və həmişə mənimlə olacaqlar.

-Hazırkı fəaliyyətinizdə sizi nə ilhamlandırır?

- Hüquq fakültəsinin tələbəsi, olimpiyaçı və idmançı hüquqları üzrə komitələrin üzvü kimi Akademiyanın möhkəm təməl üzərində qurulması üçün lazım olan bütün aspektləri bir araya gətirə bilirəm. Gimnastlarımızın inkişafı, məşqlərə olan həvəsi və ailələrin proqramımıza göstərdiyi etimad məni ilhamlandırır. İdmançının çətinlikləri aşmasını, özünə inam qazanmasını və ya şəxsi məqsədinə çatmasını izləmək inanılmaz dərəcədə dəyərlidir. Hörmətin və rifahın əsas götürüldüyü bir icma yaratmaq məni hər gün motivasiya edir.

- İdman karyeranız bir çox əlamətdar hadisələrlə zəngin olub. Hansı xatirələr sizin üçün daha doğmadır?

- Karyeram ərzində 300-dən çox medal qazanmışam və onların hər biri Paris Olimpiadasına aparan yolda bir addım olub. Ən yaddaqalan məqamlar sırasında 2022-ci il Birlik Oyunlarında qazandığım qızıl medal, eləcə də 2018-ci il Birlik Oyunlarında əldə etdiyim bürünc medal var. Həmin vaxt böyüklər arasında ilk ilim idi və yığmanın ən gənc gimnastı idim. Bu, 8 mindən çox tamaşaçı qarşısında ilk çıxışım idi və təzyiqə tab gətirərək fərdi medal qazanan yeganə avstraliyalı idmançı oldum.

- Özünüzü indi necə görürsünüz – Akademiya direktoru, məşqçi və hüquq tələbəsi kimi?

- Bu mərhələ həyatımda keçid və inkişaf dövrüdür. Yüksək səviyyəli idman karyeramı başa vuraraq yeni peşə yollarının qurulmasına fokuslanmışam. Məşqçilik mənə çox təbii şəkildə gəldi və idmançılarla işləməkdən səmimi zövq alıram. Hüquq təhsili isə bu fəaliyyəti tamamlayaraq idarəetmə və idmançıların müdafiəsi məsələlərini daha dərindən anlamağıma kömək edir. Bu sahələri gimnastikada gücləndirməyə çalışıram.

- Gələcək üçün özünüz və Akademiya qarşısında hansı məqsədləri qoymusunuz?

- Kiroi Akademiyasının qarşısında çoxlu məqsədlər var və biz hələ yolun başlanğıcındayıq. Əsas prioritetimiz hər zaman gimnastlar olacaq – onların təhlükəsizliyi, rifahı və həm idmançı, həm də şəxsiyyət kimi inkişafı. Daha çox uşağın bədii gimnastikaya aşiq olmasını və bu idman növünün Viktoriya ştatında inkişafını istəyirəm. Uzunmüddətli perspektivdə proqramları genişləndirmək, inkişaf yollarını möhkəmləndirmək və Kiroi Akademiyasını bədii gimnastika üzrə aparıcı mərkəz kimi təsdiqləmək niyyətindəyəm.

Zəki Feyzullayev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri