Icma.az
close
up
RU
Ənənəvi təhsil metodları dəyişə bilərmi? Üç vacib məqam var

Ənənəvi təhsil metodları dəyişə bilərmi? Üç vacib məqam var

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə texnologiyanın sürətli inkişafı təhsil sahəsinə də ciddi təsir göstərir. Dünyada olduğu kimi, Azərbaycanda da təhsil sisteminin yenilənməsi və müasir metodların tətbiqi mühüm məsələlərdən birinə çevrilib. 

Xüsusilə süni intellekt və rəqəmsal texnologiyalar tədris prosesinə inteqrasiya olunaraq şagirdlərin bilik və bacarıqlarının inkişafına yeni imkanlar yaradır. İnteraktiv tədris üsulları, fərdiləşdirilmiş öyrənmə proqramları və rəqəmsal resurslar ənənəvi təhsil metodlarını necə dəyişəcək?

Azərbaycanda təhsil metodlarının və vasitələrinin inkişafı necə olacaq, süni intellekt və rəqəmsal texnologiyalar bu prosesə hansı yenilikləri gətirəcək və bu dəyişikliklər uşaqların öyrənmə təcrübəsinə, bilik və bacarıqlarının formalaşmasına necə təsir göstərəcək?

Təhsil eksperti Elmin Nuriyev Avtosfer.az-a açıqlamsında bildirib ki, hazırki dövr və süni intellekt istər-istəməz bir çox sahələr kimi, təhsillə bağlı qərarlara xüsusi diktəsi ilə seçiləcək:

“Artıq bütün dünyada təhsilin süni intellekt dünyası ilə əlaqələndirilməsi, “təhsil-İT”, “təhsil-elektron dünya” tandemlərinə xüsusi diqqətin ayrılması hamıya məlumdur. Bu səbəbdən, Azərbaycan da rəqəmsal təhsilə diqqətin ayrılması qaçınılmazdır. Təhsil dövrün nəbzini tutaraq gələcəyin tələbləri əsasında formalaşmalı olan mexanizmdir. Mümkün deyil ki, onun bazis və proqramında bu iki meyar nəzərə alınmasın. Odur ki, bizdə də “indinin nəbzi”, “gələcəyin istəyi” prinsipləri tədris prosesinə tətbiq olunur. Bir neçə gün bundan öncə elm və təhsil naziri Emin Əmrullayevin brifinqdə səsləndirdiyi “Rəqəmsal məktəb” layihəsi buna əyani sübutdur. Yeri gəlmişkən, bu layihə özünün aktuallıq, əhatəlilik, operativlik və məzmunluğuna görə çox yaxşı hazırlanıb. Yəni, nəzəri baxımdan bütün bu detallar incələnib. Hiss olunur ki, beynəlxalq təcrübədən yaxşı yararlanmalar da olub, ən uyğun detallar götürülərək tətbiq edilib. Amma işin necə icra olunacağı və texniki imkanların şərtlərə necə cavab verəcəyini zaman göstərək”.

Ekspert əlavə olaraq bildirib ki, təhsildə süni zəka, rəqəmsal yeniliklərin tətbiqi əsasən 3 məsələdə öz sözünü deyəcək: “Məsafə amilinin itməsi, məktəbin vahid elektron məkana çevrilməsi və zaman məfhumuna qənaət. Bu detallar özünü texniki cəhətdən mütləq şəkildə göstərəcək. Amma ən əsas məsələ təhsildə süni zəka, informasiya texnologiyalarının tətbiqindən sonra onun məzmununun tam şəkildə itməməsidir. 

Bununla bağlı indidən SOS siqnalı səsləndirmək, təhsili öz mahiyyəti və məzmunundan kənara çıxmağa qoymamaqdır. Əks halda biz, süni zəkanı uşaqların öyrənmə bacarıqlarına, bilik əldə etmələrinə bir vasitəçi kimi yox, onları daha da robotlaşdıran bir element kimi görəcəyik. Nə olursa olsun, hansı texniki inkişaf dövrü gəlirsə gəlsin, təhsilin klassik məntiqi, məzmun xətti hər zaman ən azı bir pillə öndə olmalıdır”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Fevral 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri