“Eovin” qasırğası Britaniya və İrlandiyanda nəqliyyatın işini pozub AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 24 yanvar, AZƏRTAC
“Eovin” qasırğası Böyük Britaniya və İrlandiyanın dəmiryolu və hava nəqliyyatında fasilələrə səbəb olub.
AZƏRTAC “Sky News” telekanalına istinadla xəbər verir ki, yanvarın 24-də səhər saatlarında əlverişsiz hava şəraiti səbəbindən Qlazqo, Edinburq və Dublin hava limanlarında yüzlərlə aviareys təxirə salınıb. Şotlandiya və Şimali İrlandiyada qatarların hərəkəti dayandırılıb. Həmçinin elektrik xətlərinin qırılması səbəbindən İrlandiyada təxminən 600 min ev, ferma və ofis binası işıqsız qalıb.
İrlandiya Meteorologiya Xidmətinin məlumatına görə, “Eovin” müşahidələr dövrü ərzində qeydə alınan ən güclü qasırğalardan biridir. Sinoptiklərin proqnozuna görə, qasırğa tədricən daha da güclənəcək və küləyin sürəti saatda 160 kilometrə çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 24 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















