Əraqçi: İran raketlərinin mənzilini bilərəkdən 2 min km ə qədər məhdudlaşdırıb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran yerli raketlərin hazırlanması zamanı onların uçuş məsafəsini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırıb.
Moderator.az xəbər verir ki, Əraqçi bu barədə "India Today"ə müsahibəsində ABŞ Prezidenti Donald Trampın İslam Respublikasının ABŞ-yə qədər çata biləcək yeni raketləri barədə bəyanatı ilə bağlı sualı cavablandırarkən bildirib.
"Fikrimcə, hazırda Tramp, təəssüf ki, özü saxta xəbərlərin qurbanına çevrilib. Biz bu cür raketlər hazırlamırıq. Biz raketlərimizin mənzilini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırmışıq. Bu yalnız özünümüdafiə üçündür. Raketlərimiz ötən iyunda olduğu kimi, yalnız özümüzü qorumağa kömək edir", - Əraqçi deyib.
Xarici işlər naziri əlavə edib ki, Tehran özünümüdafiə üçün öz raketlərini hazırlamağı tamamilə qanuni fəaliyyət hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 25 Fevral 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















