Icma.az
close
up
RU
Əraqçı Romada ruhlandı: İsrail hücum edə bilməz, ABŞ isə… KONKRET

Əraqçı Romada ruhlandı: İsrail hücum edə bilməz, ABŞ isə… KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin İrana hücum etmək imkanları heç vaxt olmayıb, indi də yoxdur və gələcəkdə də olmayacaq.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Ərqaçının fikrincə “ABŞ belə bir riskə getməz və İran özünü müdafiə etməyə qadirdir”.

Əraqçi qeyd edib ki, ABŞ İranın cavab potensialını bilir və İsrail də İranın müdafiə gücü və cavab zərbəsi imkanları barədə məlumatlıdır.

Musavat.com xatırladır ki, bu bəyanat, İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundunun Romada keçirildiyi bir vaxta təsadüf edir. Xəbər verdiyimiz kimi, danışıqlarda İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof təmsil edib. Görüşlərdə Oman rəsmiləri vasitəçilik edib.

Danışıqların nəticəsi olaraq, tərəflər ekspert səviyyəsində görüşlərin başlanmasına razılaşıblar. Bu görüşlərin ilk mərhələsi gələn həftə Omanın paytaxtı Muskatda keçiriləcək. Əraqçi danışıqları konstruktiv və faydalı adlandırıb və qeyd edib ki, bəzi prinsip və məqsədlər üzrə irəliləyiş əldə olunub.

Bununla yanaşı, ABŞ tərəfi hələlik danışıqların nəticələri ilə bağlı rəsmi açıqlama verməyib. Prezident Tramp isə bildirib ki, İranın nüvə silahı əldə etməsinə qarşıdır və bu məqsədlə diplomatik yolları üstün tutur.

İranın ali lideri Ayətullah Əli Xamenei də danışıqlara ehtiyatla yanaşaraq, nəticələrin əldə olunmasında ehtiyatlı optimizm nümayiş etdirib. O, qeyd edib ki, danışıqların nəticələri barədə hələlik qəti fikir bildirmək çətindir və ehtiyatlı olmaq lazımdır.

Bu arada, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi, İran və ABŞ arasında aparılan nüvə danışıqlarında agentliyin iştirakının vacibliyini vurğulayıb. O, qeyd edib ki, hər hansı nüvə razılaşmasının etibarlı sayılması üçün BAEA-nın təsdiqi və nəzarəti vacibdir.

İran və ABŞ arasında aparılan bu danışıqlar, tərəflər arasında uzun müddətdir davam edən gərginliyin azaldılması və İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqların aradan qaldırılması məqsədi daşıyır. Danışıqların gələcək mərhələlərində tərəflərin razılaşma əldə edib-etməyəcəyi və bu razılaşmanın regionda sabitliyə necə təsir göstərəcəyi diqqətlə izləniləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Aprel 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri