Ərdoğandan yeni Konstitusiya addımı: Bu şəxslərə səlahiyyət verildi KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə yeni, mülki və demokratik Konstitusiya hazırlanması istiqamətində konkret addım atıldığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, on hüquq sahəsi üzrə eksperti bu işə cəlb etdiyini bildirib.
“1982-ci il Konstitusiyası çevriliş dövrünün izlərini daşıyır. Yeni vətəndaş Konstitusiyası bu keçmişdən qurtulmağa və gələcəyə inamla addımlamağa imkan verəcək. Biz azadlıqların tam təminatı olan və türk demokratiyasının yetkinliyini göstərən Konstitusiyanı xalqımıza bəxş etmək əzmindəyik”, – deyə Prezident vurğulayıb.
Ərdoğan əlavə edib ki, son 23 ildə bu istiqamətdə bir çox təşəbbüslər göstərilib və indi bu məqsədin gerçəkləşməsi üçün tarixi imkan yaranıb.
Natiq Səlim,
KONKRET.az
Baxış sayı:65
Bu xəbər 27 May 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















