Icma.az
close
up
RU
Ərəb dilçiliyinə aid dəyərli çap kitabı

Ərəb dilçiliyinə aid dəyərli çap kitabı

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kübra VƏLİYEVA
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi

Qədim mədəniyyət mərkəzi Naxçıvanda qiymətli yazı abidələri olan əlyazma və çap kitabları 2005-ci ildən fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə olunmaqdadır. Əlyazmalar Fondunda Azərbaycan, ərəb, fars, türk, özbək və başqa dillərdə 600-dən çox qədim çap kitabı və əlyazmalar qorunub saxlanılmır. Məntiq, astronomiya, riyaziyyat, tibb, tarix, coğrafiya, dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə və islam elmlərini əhatə edən Qurani-Kərim, kəlam, əxlaq, fiqh, hədis, təfsir, təsəvvüf və digər sahələrə məxsus bu əsərlər mənəvi xəzinəmizin çox dəyərli və əhəmiyyətli inciləridir. Bu kitablar Azərbaycanın və eləcə də Naxçıvanın qədim tarixi, ədəbiyyatı, incəsənəti və mədəni-elmi həyatının öyrənilməsi baxımından zəngin mənbələrdir. Ərəb qrafikası ilə çap olunan həmin kitablardakı təliflər, şərhlər, haşiyələr, taliqlər diqqəti cəlb edir. Həmçinin bu kitablarda işlənən incə ornamentlər, naxışlar, miniatürlər, nəfis tərtib olunmuş cildlər vasitəsilə xalqımızın milli mənəvi dəyərlərini və tarixinin zənginliyini gələcək nəsillərə çatdırır. Bu dəyərli kitabların tədqiqi, öyrənilməsi və ictimaiyyətə çatdırılması vacib və mühüm işlərdən biridir.

Fondda mühafizə edilən dilçiliyə dair qədim əlyazma və çap kitabları içərisində ərəb dilinin qrammatikasına aid əsərlər də diqqəti cəlb edir. Öz elmi əhəmiyyəti ilə seçilən belə qədim çap kitablarından biri də Radiyyuddin əl-Astarabadinin (?-1287) müəllifi olduğu "Şərhu Radi aləl-Kafiyə fi ilmin-nəhv val-irab" ("Razinin "kafiyə"yə sintaktik baxımdan şərhi") adlı əsəridir. Bu kitabda Misir qrammatika məktəbinin məşhur nümayəndəsi, görkəmli ərəb dilçisi İbn əl-Hacibin "əl-Kafiyə" əsəri ətraflı şəkildə şərh olunub.

Radiyyuddin Məhəmməd bin Həsən əl-Astarabadi əl-Ğaravi əs-Səmnai (əs-Səmnaki) ən-Nəcəfi ərəb dilçilik elmində Bağdad qrammatika məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Mənbələrdə əl-Astarabadi haqqında az məlumat vardır. Ona verilən nisbədən anlaşılır ki, Astarabadda doğulub, ya da yaşayıb.

"Şərhul-kafiyə" əsərinin əlyazma və çap nüsxələri İstanbul, Berlin, Qahirə, Beyrut, Kazan, Tehran və başqa dünya kitabxanaları ilə yanaşı, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmlar İnstitutunda da qorunub saxlanılır.

Bir rəvayətdə İraqın Nəcəf şəhərində, bəzi qaynaqlara görə isə Mədinədə yazıldığı söylənilən "əl-Kafiyə" şərhinin yazılma tarixi ilə bağlı h.q. 683-cü il (1284), h.q. 686-cı il (1287), h.q. 688-ci il (1289) kimi fərqli görüşlər iddia olunmaqdadır.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə olunan ərəb dilində yazılmış həmin əsər hicri qəməri 1268 (miladi 1851)-ci ildə çap olunub. Kitabın üz qabığı bozumtul qara rəngli kartondan düzəldilmişdir. Nəsx xətti ilə işlənmiş iki hissədən ibarət olan kitabın həcmi 209 vərəqdən (I hissə 94, II hissə isə 115 vərəq) ibarətdir. Vərəqin ölçüsü 21 x34 sm., mətnin yazılı hissəsi 14x25 sm., hər səhifədəki sətirin sayı 40-a bərabərdir. Orta əsrlərdə səhifələmə metodu paqinasiya üsulundan ibarət olduğuna görə kitaba səhifələr vurulmayıb. Kitabın kənarlarında haşiyələr verilib.

Ərəb dili qrammatikasının nəhv bölməsini (sintaksis) əhatə edən I hissə "Bismillahi-rahmani-rahim va bihi nəstəin" (Rəhman və Rəhim olan Allahın adı və onun köməyi ilə) sözləri ilə başlayıb, Allaha həmdü səna, Hz. Peyğəmbərə, onun ailəsinə və səhabələrinə salavatla davam etdirilib. Sonra müəllif kitabın müqəddiməsində "əl-Kafiyə" əsərini nə üçün şərh etdiyinin izahını verib. Daha sonra isə nəhv elminə keçərək qrammatik izahatlara başlayıb.

Radiyyuddin əl-Astarabadi "Şərhul-Kafiyə" əsərinin hər iki hissəsində İbn əl-Hacibin "əl-Kafiyə"sindəki qrammatik mövzuların tərtibi qaydasını izləyib, onun müəyyənləşdirdiyi qrammatik qaydaları xatırlatmış, sonra isə öz mülahizələrini irəli sürüb. Dilçi alimin əsərdə qrammatik izahatlara yanaşma metodu və elmi görüşləri əhatəlidir. Radiyyuddin əl-Astarabadi qrammatik mövzuları izah edərkən daha çox Qurani-Kərimdən misallar verib. Sonra isə əsərində hədis, Hz. Əlinin hikmətli sözləri, ərəb atalar sözləri və deyimləri və Əbu Təmmam, Mütənəbbi, Əbu Nüvas, Əşca bin Əmr Əl-Silmi, İbn Dureydin şeirlərinə də istinad edib.

Əsərin birinci hissəsində ərəb dilində irab (sintaktik təhlil), cümlə məfhumları, sintaktik kateqoriyaların semantik ifadə formaları: adlıq, təsirlik və yiyəlik halda olan ad qruplu sözlər və s. qrammatik qaydalar müfəssəl formada şərh olunub. İkinci hissədə isə ərəb dilinin morfologiyası ilə bağlı İbn əl-Hacibin müəyyənləşdirdiyi qaydaların şərhinə geniş yer verilib.

Radiyyuddin əl-Astarabadinin bu əsəri elmi mülahizələrin zənginliyi, mövzuların izahı metodu, nəhv elminin aydın və səlis formada öyrənilməsinə görə ərəb dilçiliyində əhəmiyyəti ilə seçilən bir əsərdir. Görkəmli dilçi alim Cəlaləddin əs-Suyuti bu əsəri yüksək qiymətləndirərək yazır: "Şərhul-Kafiyə" əsəri sadəcə bir kitab haqqında yazılmış şərh deyil, əksinə, müstəqil bir nəhv kitabı və sağlam bir analiz məhsuludur. Elm adamları bu kitaba böyük maraq göstərmiş və əldən-ələ dolaşmışdır. İndiki və əvvəlki alimlər araşdırmalarında və əsərlərində ondan istifadə etmişlər".

"Şərhul-Kafiyə" əsəri ərəb dilinin qrammatikasını tədqiq edən qiymətli bir yazılı mənbə olmaqla yanaşı, həm də XIX əsrdə Naxçıvanın elmi mühitinin maraq dairəsi haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir. Bu əsər müasir Azərbaycan şərqşünas alimləri üçün də faydalı elmi mənbə hesab oluna bilər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri