Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İrəvan azərbaycanlıları şəhərin fəxri vətəndaşları hesab edilməlidir TƏKLİF

İrəvan azərbaycanlıları şəhərin fəxri vətəndaşları hesab edilməlidir TƏKLİF

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan hakimiyyəti sülh, normal münasibətlər tərəfdarı kimi görünür, yerdə qalanlar, o cümlədən, revanşist müxalifət, diaspor nümayəndələri, kilsə əvvəlkindən də artıq nifrət, kin-küdurət mövqeyi nümayiş etdirir, əsassız iddialarından geri çəkilmir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, hakimiyyətdə olanların səmimiyyətinə inanmağa heç bir əsasımız yoxdur:

“Dünyada və regionda vəziyyətin dəyişəcəyi halda onların necə hərəkət edəcəyi, revanşistlərdən daha sərt mövqeyə keçəcəyi heç kəsdə şübhə doğurmamalıdır. Ona görə də ağlı-qaralı hamısına anti-Azərbaycan, anti-türk mövqeli toplum kimi yanaşmalı, onlarla münasibətlərimizi bu amilləri nəzərə almaqla qurmalıyıq”.

Müsahibimiz qeyd edib ki, ermənilərlə müharibəmiz bitib, amma növbəti müharibənin olacağı, onların öz yerlərində oturmayacağı, hansısa xarici qüvvələrin sifarişini yerinə yetirib, yenidən üstümüzə gələcəyi ehtimalını da nəzərdə saxlamalıyıq:

“Hələlik sülh müqaviləsinin imzalanmasına çalışmalıyıq. Sülh müqaviləsinin imzalanması yaxşı olardı. Lakin sülh prosesi, yaxud sülh müqaviləsinin imzalanması heç bir halda mehriban qonşuluq anlamına gəlməməlidir. İnsanlararası və dövlətlərarası münasibətlərdə qonşuların hamısı ilə xoş əlaqələrin olması vacib deyil”.

Akif Nağı: Dünyadakı bütün azərbaycanlılar üçün İrəvan açıq şəhər elan olunmalıdır

A.Nağı əlavə edib ki, sülh müqaviləsi iki dövlət arasında rəsmi münasibətləri nizamlayan sənəd kimi qəbul olunmalı, cəmiyyətlər arasında münasibətlərin nizamlanması, xüsusilə istiləşməsində tələsgənliyə yol verilməməlidir:

“Dövlətlər rəsmi münasibətlərini qurur. İqtisadi, ticari, nəqliyyat, rabitə və bu tipli digər sahələrdə beynəlxalq qanunlara, normativlərə uyğun olaraq əməkdaşlıq edir. Bu, beynəlxalq münasibətlər sisteminin tələblərindən irəli gəlir və etiraz doğurmamalıdır. Vətəndaş cəmiyyətləri, o cümlədən ayrı-ayrı sahələrin, incəsənət adamlarının, QHT nümayəndələrinin, KİV təmsilçilərinin, şair və yazarların ermənilərlə isti münasibət qurmaları, canfəşanlıq etmələrinə, bayağı hərəkətlərinə yol verilməməlidir. Ermənilər törətdikləri cinayətlərə görə dönə-dönə tövbə etdikdən, özü də səmimi tövbə etdikdən sonra istiləşmə proseslərinə yenə də tam ehtiyatla başlamaq olar”.

Həmsöhbətimiz vurğulayıb ki, beynəlxalq qurumlar, ilk növbədə arbitraj məhkəmələri Azərbaycan Respublikasının indi “Ermənistan” adlanan Qərbi Azərbaycan ərazilərinə, xüsusilə İrəvan şəhəri və Qərbi Zəngəzura qanuni haqqını, hüququnu tanımalıdır:

“İrəvan şəhərinə xüsusi status, azərbaycanlı və ermənilərin müştərək şəhəri statusu verilməlidir. Orada anadan olmuş azərbaycanlılar və onların varisləri şəhərin fəxri vətəndaşları hesab edilməlidir. Dünyadakı bütün azərbaycanlılar üçün İrəvan açıq şəhər elan olunmalıdır. Qərbi Zəngəzur üzərində ilk vaxtlar üçün Azərbaycan və Ermənistanın müştərək idarəçiliyi tətbiq olunmalıdır. Buradan Naxçıvanla Azərbaycanın digər əraziləri arasında azərbaycanlıların tam sərbəst gediş-gəlişi təmin edilməli, 33 ildən sonra həmin ərazi Azərbaycanın tam idarəçiliyinə verilməlidir. Ermənistanın beynəlxalq birlik qarşısında Azərbaycan üzərinə təcavüz və işğal niyyəti ilə bir daha hücum etməyəcəyinə dair öhdəlik götürməsinə nail olmalıdır”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see263

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see242

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see204

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see155

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see140

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri