Icma.az
close
up
RU
Ərindən boşananlar, gecə həyatı yaşayanlar... Tolik blogerləri təhqir etdi VİDEO

Ərindən boşananlar, gecə həyatı yaşayanlar... Tolik blogerləri təhqir etdi VİDEO

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin reklam qiymətləri ilə bağlı ictimai reaksiyaları şərh edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə sosial mediada paylaşım edib.

“Mənə maraqlıdır ki, necə olur, bütün müğənnilərin qiymətini hər kəs bilir. Aygün xanım, Röya, Aysun, Şəbnəm, Vəfa – bunlar toya neçəyə gedir, hamı bilir. İnfluenserlər də səhifələrində ictimaiyyətə açıq telefon nömrəsi qoyurlar və ora insanlar zəng edir. Hə, deyə bilərsiniz ki, orada yalan danışılıb, xalça yuma şirkətidir. Bəs nə etməlidirlər? Zəng edib deməli idilər ki, biz sizi APA-dan narahat edirik? Bu da nəyə gətirib çıxaracaqdı? Bəzi müğənnilər kimi başlayacaqdılar, vallah, ayda 30 gün toyda olsaq da, onun 26 günü havayıdır, dostlarımızın toyudur... Bu da vergidən yayınmaq üçündür”, - Tarix Əliyev vurğulayıb.

Aparıcı, həmçinin bəzi influenserlərin sosial media səhifələrində saxta izləyicilərdən və süni baxışlardan istifadə etdiyini bildirib:

“Onların şərhlərinə baxırsan, ərəb dilində və ya “very beautiful”, “very nice” kimi ingilis dilində yazılar olur. Yəni hamı bilir ki, şərh paketi, like paketi satılır, bir çoxu bunlardan alıb istifadə edir. İnfluenserlər öz storilərinə baxış sayını paylaşsınlar, camaat da görsün ki, doğrudan da orada 100 min, 200 min baxış var. Nə olsun, mən görmüşəm bir-iki nəfər paylaşır ki, guya 300 min, 500 min nəfər storisinə baxıb. Bunların hamısı yalandır, xaricdən alınan paketlərdir. Əgər influenserlər qəbul etdikləri pulun vergisini doğrudan da rəsmi qaydada ödəyirlərsə, nədən qorxurlar? Məncə, burada qorxulu heç nə yoxdur.”

Tarix Əliyev influenserlərin fəaliyyəti ilə bağlı narahatlığını ifadə edərək dövlət qurumlarına müraciət edib:

“Bəzi “dırnaqarası” xanım influenserlər, mənşəyi bilinməyən, ərindən boşanıb influenser olanlar və yaxud vaxtilə gecə həyatı yaşamış, sonra isə influenser olum, varlı ailələrin cavan oğlanlarını yoldan çıxarım, yaşlı kişiləri başdan çıxarım düşüncəsində olanlar araşdırılsın. Bu gün yalan - doğru milyonlarla izləyicisi olanlar nəzarətdə olmalıdır. Bu bilinməlidir ki, kimdirlər? Çünki bunlar sabah xaricdən bəzi qurumlar tərəfindən maliyyələşdirilə bilərlər, ölkədə gənclərə lazım olmayan məlumatlar ötürə bilərlər”.

Xatırladaq ki, bir gün əvvəl "APA TV" ölkədə fəaliyyət göstərən blogerlərin instaqramda reklam paylaşmaq üçün aldıqları məbləğlərlə bağlı süjet yayımlamışdı. Süjetdə qeyd olunan məbləğlər 1500-5000 manat arasında dəyişir.

Məlumata görə, Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva hekayə bölümündə reklam paylaşmaq üçün 2500 manat istəyir. Əgər reklam post şəklində olacaqsa, o zaman reklamverici 5000 manat ödəməlidir. Müğənni Aysun İsmayılovanın instaqram hesabında bu qiymətlər 1500-5000 manat olaraq dəyişir. Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədova hekayədə paylaşılacaq reklam üçün 1000-1500 manat, post şəklində isə 3500 manat tələb edir. Digər bloger Asya Aslanovanın reklam üçün istədiyi məbləğ isə 1500-3500 manatdır.

Qiymətlər sosial media izləyicilərinin müzakirəsinə səbəb olub.

Lalə,

BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri