Icma.az
close
up
RU
“Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” Layihənin icrası davam etdirilir

“Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” Layihənin icrası davam etdirilir

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihə çərçivəsində konfarns keçirilib.

Turkustan.az xəbər verir ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Suraxanı rayonu, Heydər Əliyev mərkəzində təşkil edilən konfransda rayon icra hakimiyyətinin nümayəndləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, təhsil işçiləri, rayonun uğur qazanan gəncləri, idmançılar, tibb işçiləri iştirak ediblər.

Erkən nikahı cəmiyyətin səssiz fəryadı, qanayan yarası adalandıran Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş layihə çərçivəsində keçirilən maarifləndirci tədbirlər oyatma məqsədi daşıyır. Təşkilat sədri qeyd edib ki, cəmiyyətin indiki inkişaf mərhələsində erkən nikah faktlarının qeydə alınması ağrılı məsələdir: “Təsəvvür edin, bir tərəfdə bir qız Azərbaycanın bayrağını yüksək zirvələrə qaldırır, bir tərəfdə isə digər qız erkən yaşda ərə verilir və faciə ilə üzləşir”.

L.Azərtaş qeyd edib ki, bəzi kəndlərdə orta məktəblərin 9-cu sinifində qız uşaqları çox az saydadır: “Apardığımız araşdırma göstərir ki, buna səbəb həmin qızlar ya nişanlanıb, ya da ərə verilib”. Erkən nikaha qarşı mübarizənin Azərbaycanda əsas istiqamətlərdən biri olduğunu deyən L.Azərtaş bildirib ki, cəmiyyət bu problemə qarşı birgə mübarizə aparmalıdır.

Suraxanı RİH başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Vəfa Qüdrətli isə bildirib ki, erkən nikah bir uşağın uşaqlığının əlindən alınmasıdır. Mütəxəssis qeyd edib ki, qızların özlərini tanımadan ərə verilməsi sonradan böyük problemlərlə nəticələnir: “Nikah yaşı olaraq 18 yaşın müəyyən edilməsi təsadüfi deyil. Bu o deməkdir ki, yaşı 18-dən aşağı olan qızlar ailə qurmağa hazır deyil”.

DIN-in Baş ictimai Təhlukəsizlik idarəsini yetkinlik yasina catmayanlarıa profilaktiki işin təşkili söbəsinin rəis müavini, polis polkovnik-leytenantı İmran Əliyev polisin erkən nikaha qarşı apardığı mübarizədən söz açıb. O qeyd edib ki, erkən nikah faktı ilə üzləşən şəxslər həm 102 xidməti, sosial şəbəkələr, poçt xidməti, e-polis tədbiqi vasitəsilə, həmçinin 116 və 111 qaynar xətt xidmətləri üzərindən polisə məlumat verə bilərlər.

İ. Əliyev həmçinin erkən nikah faktlarının yaratdığı inzibati və cinayət məsuliyyətindən söz açıb. O bildirib ki, bu hadisəyə yol verən valideynlər, tərəflər, toy üçün şərait yaradan obyekt sahibləri, həmçinin dini kəbin kəsən din xadimi məsuliyyətə cəlb olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüqiqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə qeyd edib ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq erkən nikah faktları yenə qeydə alınır. O bildirib ki, erkən nikaha məruz qalan qız sonradan məişət zoraklığı ilə üzləşir, daha sonra isə insan alverinin qurbanına çevrilir.

Cərrah, mama-ginekolq Yeganə Əliyeva diqqəti erkən yaşda ərə verilən qızların hamiləlik vaxtı və sonra üzləşdikləri problemlərə çəkib. O bildirib ki, erkən yaşda ailə quran qızların orqanizmi tam formalaşmadığından hamiləliyi normal keçirə bilmir və nəticədə erkən doğuş baş verir: “Bir çox hallarda isə ana və körpə ölümü baş verir”.

Daha sonra tədbir iştirakçıların fikir mübadiləsi ilə davam edib. Tədbirdə erkən nikaha məcbur edilən 12 yaşlı qızın müsahibəsi təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see257

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see198

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see141

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see141

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see140

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri