Icma.az
close
up
RU
Erkən ölümün qarşısını almaq üçün gündə neçə addım atmaq lazımdır?

Erkən ölümün qarşısını almaq üçün gündə neçə addım atmaq lazımdır?

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Dünyada milyonlarla insan hər gün atdıqları addımların sayını hesablamaq üçün ağıllı saatlar taxır və ya smartfon proqramlarından istifadə edir. Bəs sağlamlığı yaxşılaşdırmaq üçün optimal rəqəm neçədir?

Tribunainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın Qranada Universitetinin alimləri tərəfindən aparılan tədqiqat insanların çoxunun ən böyük fayda əldə etdiyi addımların ən yaxşı sayını ilk dəfə açıqlayıb. Gəzinti sürətinin sağlamlıq üçün əlavə üstünlüklər verdiyi də aşkar edilib.

Gündə 10 min addım atmaq təklifi ilk dəfə Yaponiyada təxminən 60 il əvvəl bəzi insanlar pedometrlərdən istifadə etdikdə ortaya çıxıb, lakin heç kim bunu elmi əsaslarla sübut etməyib. Tədqiqatçılar indi bildiriblər ki, ürək-damar xəstəliklərindən ölüm riskinə diqqət yetirsək, faydaların çoxu təxminən 7000 addımda görülür. Belə ki, insan addımının orta uzunluğunun kişilər üçün 76 santimetr və qadınlar üçün 67 santimetr olduğunu nəzərə alsaq, 7000-8000 addım atmaq gündə təxminən 6,4 kilometr piyada getməyə bərabərdir.

Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, yeridiyimiz tempin əlavə faydaları var və sürətli yerimək daha yaxşıdır. Ürək-damar xəstəliyindən ölüm riskinə gəldikdə, faydaların əksəriyyəti təxminən 7000 addımda görülür.

Tədqiqat bu yaxınlarda kardiologiya sahəsində dünyanın aparıcı “The Journal of the American College of Cardiology” jurnalında dərc edilib. Alimlər Hollandiyanın Radbud Universitetinin Tibb Mərkəzindən, İspaniyanın Qranada və Kastilya-La Mança universitetlərindən və ABŞ-ın Ayova Dövlət Universitetindən olublar. Onlar 2022-ci ilin oktyabr ayına qədər 110 mindən çox insanın iştirak etdiyi sistematik araşdırma, habelə meta-analiz aparıblar. Müəyyən olunub ki, fiziki aktivliyi aşağı olan insanlar üçün hər əlavə 500 addım sağlamlığı yaxşılaşdırır. Təəccüblüdür ki, araşdırma kişilər və qadınlar arasında heç bir fərq olmadığını ortaya qoyub. Eyni zamanda, daha sürətli yerimək də addımların sayından asılı olmayaraq, ürək-damar sistemini möhkəmləndirir.

Alimlər bildiriblər ki, daha çox addımlar heç vaxt zərərli deyil. Gündəlik 16 min addım atmağın belə heç bir zərəri yoxdur. Lakin addım hədəfi də insanın yaşına uyğun olmalıdır, gənclər yaşlı insanlardan daha yüksək hədəf təyin edə bilməlidir. Onu da qeyd etmək lazımdır ki, tədqiqat yalnız addımların sayının bütün səbəblərdən ölüm və ürək-damar xəstəlikləri riskinə təsirini nəzərdən keçirib. Orta və hətta güclü fiziki fəaliyyətin bir çox sağlamlıq faydaları ilə, o cümlədən yuxu keyfiyyətinin və psixi sağlamlığın yaxşılaşdırılması ilə əlaqəli olduğunu göstərən başqa tədqiqatlar və çoxlu elmi sübutlar da var.

Alimlər qeyd ediblər ki, fiziki fəaliyyətlə bağlı tövsiyələr böyüklərə həftədə 150-300 dəqiqə orta intensivlikdə məşq etməyi tövsiyə edir, lakin insanların çoxu hansı məşqlərin orta intensivlik sayıldığını bilmir, bu isə onların bu məşq standartına uyğunluğunu yoxlamağı çətinləşdirir. Addımları saymaq daha sadədir, xüsusən də bu gün insanların çoxunun smartfonu və ya ağıllı saatı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri