Icma.az
close
up
RU
Erməniliyin cəfəngiyyatı və ərazi iddiaları

Erməniliyin cəfəngiyyatı və ərazi iddiaları

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qondarma “erməni soyqırımı”ndan 110 il keçir. Dünyadakı hay millətçiləri və ermənipərəst dairələr bununla əlaqədar vay-şivən kampaniyası aparırlar. “Kampaniyanın” müxtəlif hədəfləri var. Böyük hədəf Türkiyədir. Hay avantüristləri, həmişəki kimi, 1915-ci ildə Osmanlı İmperiyasında yaşananlara görə Ankaraya ittihamlar yağdırırlar. 

Sən demə, Türkiyə “erməni soyqırımı”nı qəbul etməli və faciə qurbanlarına təzminat ödəməli imiş. Əlbəttə, belə bir durum mümkün deyil. Təkcə ona görə yox ki, hazırda qardaş ölkənin dünyadakı mövqeyi güclüdür. Ən başlıcası, o səbəbdən ki, etiraf olunmalı və qəbul edilməli nə isə yoxdur. Amma tarix var və onunla bağlı qısa arayış verəcəyik. Ən sonda isə Bakının İrəvanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü Ermənistan konstitusiyasına dəyişiklik şərtinə “erməni soyqırmı” cəfəngiyyatı kontekstində yanaşacaq, bəzi digər məqamları diqqətə çatdıracağıq. 

Əvvəla, belə bir sual verək: Nəyə görə məhz ermənilər “soyqırımına” “məruz qaldılar”? Bildirilir ki, guya, haylara qarşı amansız tədbirlər Osmanlının xristianları təqib siyasətindən qaynaqlanırdı. Halbuki, belə siyasət olmamışdı. Üstəlik, əsrlərlə ayrı-ayrı qeyri-müsəlman xalqlar türklərin tam təhlükəsiz idarəçiliyi şəraitində yaşamışdılar. Deməli, hayları pis mənada fərqləndirən xüsusiyyətlər var və buna diqqət yetirilməlidir. 

***

Qərb dünyası XIX əsrin ikinci yarısından etibarən Osmanlıya qarşı mübarizəsində “erməni məsələsi”nə önəm verdi. Həmin vaxt Çar Rusiyası ilə Qərbin maraqları üst-üstə düşürdü. Hər iki cinah türklərə qarşı birləşmişdi. Yəni ki, 1826-1828-ci illərin Rus-İran müharibəsindən sonra rusların erməniləri Cənubi Qafqaza köçürmələri, regionda hayların hesabına xristian bufer zonası yaratmaq, Türk dünyasını parçalamaq istəkləri Qərbin maraqları ilə uzlaşırdı. Eləcə də Qərbin erməni millətçilərinin təşkilatlanmalarına dəstəyi Rusiyanın mənafeyinə uyğun idi. O dəstək ki, onun nəticəsində “Daşnaksütyun” və “Hnçak” kimi partiyalar formalaşdı. O partiyalar ki, Osmanlı daxilində çaxnaşmalar, qətllər, sistemli təxribat və digər terror əməlləri törədirdilər.

Lakin XIX əsrin sonları – XX əsrin əvvəllərinə doğru Qərb “Şərq məsələsi”nə baxış bucağını dəyişərək, “Yunan məsələsi” üzərinə siyasi sərmayə yatırmağa başladı. Nəticədə hay terrorçu qruplaşmaları taleyin ümidinə buraxıldılar. Osmanlı rəhbərliyi həmin qruplaşmaları cəzalandırmalı idi və cəzalandırdı. O vaxt Rusiya daxilində də təlatümlər yaşandığından, erməni millətçilərinin həmlələri bir nəticə vermədi. 

Qərbin “erməni məsələsi”nə qayıdışı Birinci dünya müharibəsi dönəminə təsadüf etdi. Hay avantüristlər Osmanlının ayrı-ayrı bölgələrində təxribatlar həyata keçirdilər və müharibəyə cəlb olunmuş ölkəyə arxadan zərbələr endirməyə başladılar. Belə bir durumda Osmanlı rəhbərliyi çıxış yolunu erməni əhalinin kompakt məskunlaşmasının qarşısını almaqda gördü və həmin əhalinin ölkənin müxtəlif yerlərinə köçürülməsinə start verdi. 

Başı dünya müharibəsinə qarışmış ölkənin belə bir vəziyyətdə ayrı yolu yox idi. Təhlükə ocaqları tez bir zamanda sıradan çıxarılmalı idi. Hər bir halda, söhbət soyqırımından gedə bilməzdi. Erməni əhalinin itkisinə gəlincə, kütləvi köçürülmələr nəticəsində belə olayların yaşanması mümkündür. Bunu, ilk növbədə, hakimiyyətə qarşı baş qaldıran, hər cür naqislikləri edən haylar düşünməli idilər. Onlar avantürizmi öz toplumlarının aqibətindən üstün tutublarsa, bunun günahkarı Osmanlı dövləti deyil. 

***

Keçmiş SSRİ rəhbərliyi Osmanlı dövründə ermənilərin ölkənin bir yerindən digər bölgəsinə köçürülmələrinin doğurduğu və miqyası böyük olmayan tələfatı sırf soyqırımı prizmasında qələmə verdi. Bu yanaşma Qərbə sərf etsə də, məsələni aktiv hala gətirmək ona sərfəli deyildi. Çünki Türkiyə yüklənməməli, sovet təhlükəsinə qarşı duruş gətirməli idi. 

Kreml “soyqırımı”, habelə erməni avantürizmini özünün anti-türk təbliğatı baxımından cəlbedici görürdü. Çünki Sovetlər Birliyi öz sərhədlərinə yaxın NATO Türkiyəsini müsbət xarakterizə edə bilməzdi. Yeri gəlmişkən, mövcud məqamı bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da vurğulamışdı. 

Əlqərəz, Qərbin passiv, SSRİ-nin aktiv gündəmini təşkil edən “erməni soyqırımı” cəfəngiyyatı ikincinin süqutundan sonra, müəyyən mənada, paritetlik qazandı. Yəni, həm Rusiya, həm də Qərb məsələni diqqətdə saxladı. Amma tədricən Türkiyənin beynəlxalq mövqeləri gücləndi. Həmçinin, 2018-ci ildə Ermənistanda  N.Paşinyan başda olmaqla qərbpərəstlər hakimiyyətə yiyələndilər. 

Ankaranın Qərb üçün önəminin güclənməsi şəraitində Paşinyan iqtidarı da “erməni soyqırımı”nı gündəmdən çıxardı. Ancaq demək olmaz ki, rəsmi İrəvan cəfəngiyyatdan tamamilə kənardır. Məsələn, ötən il Ermənistanda soyqırımı ilə bağlı böyük beynəlxalq toplantı keçirilmiş, həmin tədbirdə Azərbaycanla yanaşı, Türkiyənin ünvanına açıq və subliminal ittihamlar yağdırılmışdı. Üstəlik, erməni lobbi və diaspor təşkilatları da mövcud istiqamətdə aktivdirlər.

***

Beləliklə, Paşinyan hakimiyyətinin “erməni soyqırmı”nın beynəlxalq miqyasda tanınmasının Ermənistanın xarici siyasət prioritetində olmadığını bəyan etdiyi hazırkı şəraitdə qondarma iddianı yaşadan ölkədəki revanşist və şovinist kəsimdir. O kəsim ki, Ermənistan parlamentində təmsil olunur. O kəsim ki, ali qanunverici orqan qarşısında yeni təşəbbüs qaldırıb. Söhbət “erməni soyqırımı”nın inkarının kriminallaşdırılmasından gedir. Əslində, indiyədək Ermənistanda belə bir qanunun olmaması təəccüb doğurur. Hər halda, Paşinyana qədərki erməni iqtidarı bunu reallaşdıra bilərdi... 

Onu da bildirək ki, Avropanın bir sıra ölkələrində saxta soyqırımını danmaq cinayət məsuliyyəti yaradır. Daşnaklar eyni durumun Ermənistanda da qərarlaşmasını arzulayırlar. Bunu erməni Milli Assambleyasının “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan özünün facebok səhifəsində yazıb. Bu daşnak qırığı “erməni soyqırımı”nın inkarının və ona bəraətin kriminallaşdırılmasına dair qanun layihəsinin parlamentin müzakirəsinə təqdim ediləcəyini bildirib. İ.Saqatelyan deyib ki, irəli sürülmüş təşəbbüs Türkiyə tərəfindən Ermənistana diktə olunan “erməni soyqırımı”ndan imtina siyasətinə cavab mahiyyəti daşıyır. Onun sözlərindən gəlinən qənaət budur: Revanşist-şovinistlər Paşinyan iqtidarını saxta iddia ilə bağlı şantaj etmək, erməni cəmiyyətinin xəstə baxışları fonunda xalqı hakiyyətə qarşı qaldırmaq niyyəti güdürlər. 

Aydındır ki, hazırkı durumda Ermənistan parlamentinin hakim komanda çoxluğu Saqatelyanın haqqında söz açdığı avantürist “qanun layihəsi”nin qəbuluna imkan verməyəcək. İkinci də durumun fərqindədir. Amma onun üçün nəticə önəmli deyil. Başlıca məqam budur: “Qanun layihəsinin lehinə səs verilməsi soyqırımının inkarının qarşısını alacaq. Layihənin müzakirəsinə imkan verməmək isə onun  danılmasının rəsmi şəkildə qeydə alınması olacaq”.

Qeyd edək ki, daşnakların bu cür məkrli oyun qurmaları təsadüfi deyil. Rəsmi İrəvan “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınmasının Ermənistanın xarici siyasət prioritetindən çıxarıldığını vurğulayırsa, Paşinyanın bir müddət əvvəlki fikirləri “soyqırımı” iddiasının mahiyyətcə oyun olduğunu təsdiqləyirsə, üstəlik, Nikol həmin iddia ilə əlaqədar məsələyə həssas yanaşılmasının, əsl həqiqətlərin üzə çıxarılmasının vacibliyini bildirirsə, bütün bunların revanşist və şovinistlərdə nəinki etiraz, eyni zamanda, dərin qəzəb və hiddət doğurduğu birmənalıdır. Xəstə kəsimin qənaətincə, “soyqırımı” mövzusunda hansısa tərəddüdə və şübhəyə yer verilməməlidir. 

***

Bir vacib məqama da nəzər salaq. İ.Saqatelyan vurğulayıb ki, sözügedən layihə Ermənistanın İstiqlaliyyət bəyannaməsinə, həmçinin bir sıra Avropa ölkələrinin soyqırımıların danılmasının, o cümlədən “erməni soyqırımı”nın inkarının kriminallaşdırılmasına dair hüquqi və nəzəri praktikasına əsaslanır. Nəzərə alaq ki, İstiqlaliyyət bəyannaməsində “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda 1915-ci ildə törədilmiş erməni soyqırımının beynəlxalq miqyasda tanınmasını dəstəkləyir” müddəası yer alır. Bu, “erməni soyqırımı” məsələsinə ərazi iddiası kontekstindən yanaşıldığının sübutudur. Sənəddə həmin iddianın Azərbaycan torpaqları ilə bağlı böyük təzahürü var. Yəni, bəyannamə Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” birgə qərarını əsas tutur, faktiki olaraq, işğalçılığa legitim don geyindirir. Mühüm məqam isə İstiqlaliyyət bəyannaməsinin Ermənistan konstitusiyasının vacib istinad nöqtəsi olmasıdır. Elə isə əvvəldə anons etdiyimiz məsələyə keçid alaq.

***

Sonda qeyd edək ki, bütün bunlar Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik şərtinin nə dərəcədə haqlı olduğunu bir daha təsdiqləyir. Bəli, erməni əsas qanunu İstiqlaliyyət bəyannaməsinə istinad yükündən, eyni zamanda, ona görə qurtulmalıdır ki, ikinci sənədin ərazi iddiasını əsas götürməsində saxta “erməni soyqırımı”na söykənmə amili də var. Böyük ölçüdə yanaşsaq, bu, Azərbaycana və Türkiyəyə ərazi iddiasıdır. 

Deməli, Ermənistan parlamentindəki daşnaklar özlərinin sərsəm qanun layihələrində hansı məqama söykəndiklərini gözəl bilirlər. İ.Saqatelyan ucuz populizmini işə salaraq məsələyə erməni xalqının yaddaşı, ləyaqəti və haqqı kontekstində münasibət bildirir və təqdimatına “erməni xalqının düşmənlərinə” qarşı mübarizəsi motivini əlavə edir. Ən başlıcası isə o bildirir ki, irəli sürdükləri “qanun layihəsi” seçim deməkdir və “erməni soyqırımı”nın 110 illiyi ərəfəsində bütün siyasi qüvvələr, ziyalılar, vətəndaş cəmiyyətinin təmsilçiləri öz mövqelərinə aydınlıq gətirməli, onu yenidən təsdiqləməli və birlikdə soyqırımının inkarı siyasəti ilə mübarizə aparmalıdırlar. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur. 

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri