Icma.az
close
up
RU
Ermənistan apreldə “blitskriq”ə HAZIRLAŞIR? Polkovnikdən REAKSİYA

Ermənistan apreldə “blitskriq”ə HAZIRLAŞIR? Polkovnikdən REAKSİYA

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hesab edirəm ki, Ermənistan heç bir halda Azərbaycana qarşı müharibəyə addım atmayacaq. Çünki Ermənistanın buna imkanı yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert ötən gün Ermənistanın apreldə Azərbaycana hücum edəcəyi ilə bağlı “Caliber” nəşrinin yaydığı informasiyaya münasibət bildirib.

Ü. Cəfərov hesab edir ki, bu gün Ermənistan tamam başqa ritorikaya köklənib:

“İrəvan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, sərhədləri açmaq və Azərbaycanla, bir az geciksə də, sənəd imzalamaq istiqamətində çalışır. Dostlarımızın sadaladıqlarına gəlincə, mən yenə də deyirəm ki, aprel ayı ermənilər üçün hər il müəyyən narahatlıqlar və təzyiqlərlə, xüsusən qondarma soyqırımı ilə bağlı məsələlərlə əlaqədardır. Amma Ermənistan ordusu darmadağın vəziyyətdədir və son 3-4 ildə bunu gördük. Onların silahları sınaqdan keçirilməyib, ordu hərbi poliqonlarda peşəkarlığını artırmayıb”.

Polkovnikə görə, Paşinyan hökumət iclaslarında və hakim Vətəndaş Müqaviləsi Partiyasının nümayəndələri ilə görüşlərdə dəhlizlə bağlı fikirlər səsləndirib:

“O, Azərbaycanın tələblərini yerinə yetirməsələr, müharibənin qaçılmaz olduğunu deyib. Hər hansı müharibə nəzəri cəhətdən mümkündür, çünki tərəflər arasında sənəd imzalanmayıb. Lakin Azərbaycanın son vaxtlar aldığı silah-sursatın qarşısında Ermənistan hansı hazırlıqla “blitskriq” müharibəsi keçirə bilər? Hindistandan alınan “Akash”lar, Fransadan alınan “Bastion”lar və digər silahlarla Ermənistan bu gün nəyə nail ola bilər? Avropa İttifaqının mülki missiyası sərhəddə zəif yer axtarır, sanki futbol oynayır, müdafiə xəttində boşluq tapmağa çalışır. Hər kəsin fikrinə hörmətlə yanaşıram, amma hesab edirəm ki, apreldə müharibə riski mümkün deyil”.

“Dostların təhlillərinin bir hissəsi bəzi qurumlar tərəfindən verilsə də, mən yenə deyirəm: Ermənistan bu gün müharibəyə başlamaq səviyyəsində deyil. Bunun üçün ən azı 5-7 il lazımdır. Azərbaycan son vaxtlar Pakistandan qırıcılar, İtaliyadan hərbi təyyarələr və digər silah-sursat alıb. Ermənistan bu qüvvə qarşısında risk edib yenidən sarsıdıcı zərbə almaz. Bu gün Ermənistana hava-su kimi Türkiyə ilə münasibətləri qaydaya salmaq lazımdır. Bu istiqamətdə işlər gedir və Azərbaycanla razılaşdırılmamış bəzi məqamlar da yaxın vaxtlarda həll olunacaq. Əgər kənar qüvvələr qarışmasa, vəziyyət bu cür davam edər”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 12 Mart 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see172

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see147

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see132

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri