Icma.az
close
up
RU
“Ermənistan+” Azərbaycana qarşı hərəkətə keçib Tarixi şans itirilir

“Ermənistan+” Azərbaycana qarşı hərəkətə keçib Tarixi şans itirilir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin dəyişdirilməsini tələb edir. Lakin bu ölkənin Baş naziri Nikol Paşinyan konstitusiya dəyişikliyinin nəzərdə tutulmadığı mesajını verir. Buna baxmayaraq, sülhlə bağlı verilən bəyanatlar nikbin tondadır. Məsələn, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin 2025-ci il büdcə müzakirələri çərçivəsində çıxışı zamanı bildirib ki, “Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yaxınlaşmışıq”.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, həqiqətən də, tarix boyu olmadığı qədər sülhə yaxınıq:

“Ərazi bütövlüyümüz bərpa olunub, torpaqlarımızda separatizmə son qoyulub, məcburi köçkünlərimiz öz evlərinə geri qayıdır və Qarabağın hər qarış torpağında dövlət suverenliyimiz tam bərpa olunub. Digər tərəfdən isə Azərbaycan qətiyyətli mövqeyi nəticəsində iki dövlət arasında birbaşa danışıqlar formatı uğurlu şəkildə həyata keçirilir. Yəni sülh üçün əsas şərtlər Azərbaycan dövləti tərəfindən tam təmin olunub. İndi əsas öhdəlik Ermənistanın üzərinə düşür.

Ermənistan Konstitusiyasına və müvafiq qanunlara ediləcək dəyişikliklə ərazi bütövlüyünün tanınmasına dair hüquqi öhdəlik mütləq şəkildə götürülməlidir. Əks halda imzalanacaq müqavilə heç bir halda davamlı sülhü təmin edə bilməz. Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti bu məsələdə aydın və qətiyyətli mövqeyə sahib deyil. Verilən bəyanatlar və atılan addımlar arasındakı ziddiyyətli məqamlar da bunu bariz şəkildə sübut edir. Ona görə də bu gün Ermənistan tərəfindən real addımlar atılmadığı müddətdə erməni tərəfinin sülhlə bağlı verdiyi bəyanatların heç bir etibarlılığı yoxdur.

Aytən Qurbanova

Proseslərin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək olar ki, “Ermənistan+” qüvvələr sülh danışıqlarını sadəcə imitasiya etməklə vaxt qazanmağa çalışırlar. Arxa pərdədə isə Ermənistandan “məzlum” obrazı yaradaraq silahlandırılmağa davam edilir. Əgər Ermənistan həqiqətən də sülhə hazırdırsa, kimə qarşı silahlandırılır? Həmçinin niyə Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı Azərbaycanın haqlı tələbi gözardı edilməyə çalışılır? Düşünürəm ki, bu sualların əsas ünvanı Ermənistan deyil, onun himayədarları olduğu müddətdə İrəvanın sülhə doğru real addım atması mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri