Icma.az
close
up
RU
Ermənistan çıxa bilməyəcəyi tələyə düşdü Əcnəbi ekspertləri rəyi

Ermənistan çıxa bilməyəcəyi tələyə düşdü Əcnəbi ekspertləri rəyi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də Ermənistanın Avtopa İttifaqına daxil olma prosesi Moskva üçün sonuncu qırmızı xətlər ola bilər– bir sıra ekspertlər sənədin təhlili və İrəvanın son bəyanatlarına əsaslanaraq belə hesab edirlər. Məsələ burasındadır ki, sənədin bəndlərindən birinə görə, İrəvan və Vaşinqton ikili təyinatlı malları izləmək üçün xüsusi komissiya yaratmaq niyyətindədirlər və sanksiya tətbiq olunan mallar İrəvanla Moskva arasında ticarət dövriyyəsinin əsasını təşkil edir. Moskvanın qırmızı xətlərini keçmək üçün daha bir risk Ermənistanın Aİ-yə daxil olmaq üzrə aktiv fəaliyyətidir ki, bu da bir sıra rusiyalı siyasətçilərin fikrincə, Moskva üçün qəbuledilməz vəziyyət yaradır– axı Ermənistan Aİİ-nin üzvüdür və bu təşkilatın çərçivəsində mühüm üstünlüklərə malikdir. Belə ki, xüsusən də Rusiya baş nazirinin müavini Overçuk və Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedev artıq İrəvana eyni anda iki stulda oturmağın mümkünsüzlüyünə eyham vurublar. Yaranmış vəziyyətlə bağlı ekspertlər öz şərhlərini caliber.az-a açıqlayıblar. Ekspertlərin fikirlərini oxucularmıza təqdim edirik.

Sankt-Peterburq Dövlət Universitetinin professor, iqtisad elmləri doktoru Stanislav Tkaçenko qeyd edib ki, erməni-amerikan Xartiyası Ermənistanı, eləcə də bütün Cənubi Qafqaz regionunu hara apara biləcəyini proqnozlaşdırmaqla bağlı rusiyalı və xarici ekspertlərin müzakirə mövzusuna çevrilib.

“Eyni zamanda, qiymətləndirmələrin diapazonu son dərəcə genişdir: nizamnamənin heç bir real nəticə ilə müşayiət olunmayan bəyannamə kimi qiymətləndirilməsindən tutmuş, Cənubi Qafqazda yeni tarixi dövrünün başlandığını iddia etməyə qədər, çünki Ermənistan ABŞ və Aİ-nin regionda öz siyasətlərini həyata keçirmələri üçün tramplindir. Yerevan son günlərdə Ermənistan hərbi qulluqçularının və hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırlanması və təkmilləşdirilməsi, habelə dövlət sərhədlərinin monitorinqini nəzərdə tutan “hərbi maddələri” ilə xartiya imzalamaqla yanaşı, həm də Avropa İttifaqına qoşulma prosesinin başladığını elan edib. Bu, Ermənistanın Rusiyanın əməkdaşlığına və köməyinə əsaslanan çoxillik strategiyasını kökündən dəyişdi.

Bu hadisə ilə bağlı öz qiymətimi bildirəcəyəm. Aİ-yə daxil olmaq ideyası, eləcə də Ermənistanın xarici işlər naziri Mirzoyanın Vaşinqtona səfəri, onun səlahiyyət müddətini başa vuran dövlət katibi Blinkenlə apardığı danışıqlar və imzaladıqları sənəd Ermənistanın indiki hökumətinə siyasi dəstəyin simvolu oldu. Bu, Brüssel və Vaşinqtondan İrəvanın “Moskvadan uzaqlaşma” yolu tutduğuna görə minnətdarlıqdır. Bu, son dərəcə təhlükəli yoldur və artıq Yerevanda belə bir qənaət var ki, xartiyanı müşayiət edən görüntü və Aİ-yə üzvlüklə bağlı danışıqlar Ermənistanın regionda və bütün Avrasiyadakı maraqlarına zərərlidir”,- professor qeyd edib.

Onun fikrincə, təsadüfi deyil ki, son bir neçə gündə Moskva ilə Yerevan arasında ən yüksək siyasi səviyyələrdə təmaslar intensivləşib.

“Paşinyan yanvarın 17-də Rusiya prezidenti Vladimir Putinə zəng edərək ona Ermənistanın niyyətləri ilə bağlı öz şərhini verib. Daha sonra Ermənistanın xarici işlər naziri Mirzoyan yanvarın 21-də Moskvaya səfər etmək planlarını açıqlayıb. Hesab edirəm ki, bu cür hərəkətlər Rusiya rəhbərliyinin İrəvanın qeyri-dost kursu ilə bağlı kifayət qədər aydın bəyanatlarına reaksiya idi. Həqiqətən də, son illərdə Ermənistan-Rusiya ticarətinin həcmi, əsasən, iki dövlətin Aİİ-yə üzvlüyü çərçivəsində, eləcə də Ermənistanın Rusiya ilə xarici dünya arasında ticarətdə, o cümlədən sanksiyaya məruz qalmış mallarda vasitəçilik rolu sayəsində, demək olar ki, 3 dəfə artıb. Ermənistan iqtisadiyyatının artım tempi və bu dövlətin xarici ticarətinin həcminin artması postsovet dövrünün rekordlarını qırır və bunun əsas səbəbi Rusiya ilə əməkdaşlıqdır. Rusiya bazarını itirmək və sanksiyalarla üzləşmək Ermənistan iqtisadiyyatı üçün çox zərərli olardı. Nə Aİ, nə ABŞ, nə də bütövlükdə G7 ölkələri bu gün Rusiyanı tərəfdaş kimi əvəz edə bilməyəcək.

Ona görə də İrəvanın Qərb paytaxtları ilə “rəqs etməkdə” davam edərək keçə biləcəyi qırmızı xətlər məsələsi heç də boş deyil. Moskva ümid edir ki, bütün bu “qərbyönlü kurs” sadəcə olaraq Ermənistan cəmiyyətində Qarabağ münaqişəsindəki məğlubiyyətdən yaranan narazılığı azaltmaq cəhdidir. Düşünürəm ki, Rusiyanın səbri hələ tükənməsə də, Moskva İrəvanın tezliklə Rusiyaya, eləcə də Aİİ və KTMT-yə qarşı dostluq və müttəfiqlik siyasətinə qayıtması ümidi ilə bir az da gözləməyə hazırdır. Əgər bu baş verməsə, bütövlükdə Ermənistan iqtisadiyyatı və dövlətçiliyi üçün ən əlverişsiz nəticələr ola bilər”, - S.Tkaçenko əmindir.

Rusiyalı politoloq və iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov hesab edir ki, əgər Ermənistan ABŞ-la imzalanmış xartiyaya uyğun olaraq Rusiyaya göndərilən sanksiya mallarına daha ciddi nəzarət etsə, bu, Moskvanın bu cür qeyri-dostluğa cavab verməsinə səbəb olacaq. Ermənistan mallarının Rusiya bazarına çıxışını məhdudlaşdırmaqla Ermənistan dövlətinə qarşı siyasət apara bilər.

“Ermənistanın hələ də Aİİ-də olması iqtisadi münasibətlərin pisləşməsinə mane olmayacaq, sadəcə olaraq, İrəvanın Moskvadan uzaqlaşması kifayət qədər əhəmiyyətli mərhələyə çatıb və Ermənistandan Rusiyaya malların tədarükündə süni çətinliklərin yaradılması “Moskvanın çox ciddi mənfi reaksiyasına” səbəb ola biləcək bir şeydir.

Eyni zamanda, onun fikrincə, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanun layihəsi kifayət qədər standart sənəddir.

“Əlbəttə, bu o deməkdir ki, Ermənistan Rusiya və Aİİ-dən uzaqlaşmağa davam edəcək və onun bu birlikdə mövcudluğu müvəqqəti xarakter daşıyır. Ancaq hələlik demək olar ki, bu məsələdə İrəvan hələ son qırmızı xətti keçməyib və delimitasiyasiz sərhədə malik olmaqla Aİ-yə daxil olmaq barədə söhbətlər və niyyətlər boş şeydir, bu, KTMT və Aİİ-dən formal çıxışdır. Paşinyan hələ Rusiyanın səbr xəttini keçməyib, lakin o, ona yaxın tarazlıq qurur və bir yöndəmsiz hərəkət və Ermənistanla Rusiya arasında münasibətlər köklü şəkildə pisləşə bilər. Amma bu son xətt keçərsə, Rusiyanın konkret olaraq necə hərəkət edəcəyi sualı çətin məsələdir. Çünki Ermənistan Rusiyadan uzaqdır və onunla ümumi sərhədləri yoxdur. Amma Rusiya Gürcüstanla Ermənistana təsir tədbirlərinin tətbiqini müzakirə etməyə başlaya bilər. Və əgər, məsələn, Gürcüstan Rusiya ilə iqtisadi və siyasi əlaqələri inkişaf etdirərək ABŞ və Aİ-dən getdikcə daha çox müstəqil siyasət yürütsə və Moskvanın təklifinə cavab verərsə, o zaman Ermənistan Aİ və digər güc mərkəzlərindən təcrid olunmuş vəziyyətdə qala bilər və sadəcə olaraq Qərb üçün cəlbediciliyini, istənilən strateji dəyərini itirir. İrəvan bundan qorxmalıdır”,- politoloq vurğulayıb.

Ekspertin fikrincə, Ermənistan çox güman ki, bu planlarını həyata keçirmək imkanı olmadan Aİ-yə daxil olmaq arzusunu “çeynəməkdə” davam edəcək.

“Ermənistanın Aİ-də olub-olmayacağı Tbilisidə həll olunur və əgər Gürcüstan Rusiya ilə yaxınlaşmağa davam edərsə və onun İrəvana təsir etmək istəklərinə cavab verərsə, Ermənistan ümidsiz vəziyyətdə qalmaq riski ilə üzləşir. Paşinyan Rusiya ilə bu nazik göbək bağını qırmaq riskinə düşən kimi, hər şey çökə bilər– milli valyutanın məzənnəsindən tutmuş iqtisadiyyatın ümumi artımına qədər, bu isə İrəvanın Avropa İttifaqına daxil olmaq ideyasının nə qədər sərsəm olduğunu sübut edir”,- V. Koltaşev vurğulayıb.

Rusiyalı politoloq Vladislav Gerdinin fikrincə, İrəvan artıq öz təşəbbüslərinin tələsinə düşüb və tezliklə Paşinyanın siyasi və iqtisadi ziddiyyətlərin dolaşıqlığından çıxmaq cəhdlərində sarsıdıcı hərəkətləri görmək mümkün olacaq.

“Fakt budur ki, Moskvada, bir tərəfdən, onlar artıq İrəvanın Qərbdəki müəyyən siyasi güc mərkəzləri ilə “rəqs etməsinə”, Ermənistanın müxtəlif siyasi piruetlərinə öyrəşiblər– bunlar Paşinyandan əvvəl də olub, xüsusən də Serj Sarkisyan da Moskva üçün analoji toqquşmalar yaradıb. Lakin o zaman aydın idi ki, İrəvan Rusiyanın qırmızı xətlərini keçməyə can atmır və Sarkisyan Moskvanın narahatlığına son dərəcə ehtiyatla yanaşırdı və geri çəkilməyə hazır idi. Paşinyan daha da irəli getdi- o, son illərdə bacardığı qədər itaətsizliyini nümayiş etdirdi, Moskvanı nəzərəçarpacaq dərəcədə əsəbiləşdirdi, lakin indiyədək bu, yalnız Yerevanın müxtəlif çılğın bəyanatlarına aid idi- Rusiya hələ ki bunlara kifayət qədər təmkinli reaksiya verirdi.

İndi biz artıq populist bəyanatlardan deyil, Rusiyanın iqtisadi göstəricilərinə xələl gətirə biləcək və qətiyyən dost olmayan konkret hərəkətlərdən danışırıq. Beləliklə, İrəvanın Ermənistandan Rusiyaya daxil olan sanksiya mallarını izləmək üçün ABŞ-la birgə komissiya yaratmaq cəhdi, şübhəsiz ki, Moskvanın cavab addımlarına səbəb olacaq. Və əgər Moskva hələlik Ermənistanın Aİ ilə “rəqs etməsi” ilə bağlı öz reaksiyasını saxlaya bilsə– son mərhələ hələ çox uzaqdır və çox şey sual altındadır– o zaman ticarət dövriyyəsinə nəzarət məsələsində, əgər Ermənistan həqiqətən də bu cür razılaşmaları həyata keçirməyə başlayarsa, Moskva dərhal Ermənistanın Aİİ-də olub-olmaması məsələsini qaldıracaq, “Aİİ-dən çıxandan sonra İrəvan üçün son dərəcə çətin, təlatümlü vaxtlar gələcək”,- deyə V.Gerdin yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri