Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

UŞAQLARI SAYIB, SONRA PUL VERİRLƏR... Ölkədə 5 uşağı olan ailə niyə dövlət dəstəyindən kənarda qalıb?

UŞAQLARI SAYIB, SONRA PUL VERİRLƏR... Ölkədə 5 uşağı olan ailə niyə dövlət dəstəyindən kənarda qalıb?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda 5-dən çox uşağı olan ailələrə hər uşağa görə 140 manat müavinət verilir. Yəni, 6 və daha çox uşağı olanlar bu müavinəti ala bilər.

Amma 5 uşaqlı ailə bunu ala bilməz. Niyə ala bilməz, bu barədə hər hansı ağlabatan izahat yoxdur. Bu yanaşma hədsiz dərəcədə ədalətsizdir. Dövlət çoxuşaqlı ailənin sosial dəstəyə ehtiyacı olduğunu qəbul edir, amma say limiti qoyur.

Əvvəla, müavinət saya görə qoyula bilməz, bəlkə 5, 4, hətta 3 uşaqlı ailənin gəlirləri 6 uşaqlıdan daha azdır?

Ədalətli yanaşma bütün uşaqlara görə müavinət verilməsidir, çünki dövlət uşaqların sağlam böyüməsi, inkişafı üçün öz dəstəyini göstərməlidir, bu, onun borcudur. Təəssüf ki, Azərbaycanda bu yük əsasən valideynlərin üzərindədir. Əgər iddia olunduğu kimi, bütün uşaqlara müavinət verməyə dövlətin imkanı yoxdursa (hərçənd ki, absurd arqumentdir), müavinət 3 uşaqlı ailələrdən başlamalıdır. Çünki hazırki şərtlərdə 3 uşaq böyütmək kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Belə ki, gələn il uşaqlar üçün yaşayış minimumu 260 manat nəzərdə tutulub. Əlbəttə, çox azdır, müstəqil ekspertlərin hesablamalarına görə, 1 uşağın aylıq xərci bundan təxminən 2 dəfə çoxdur.

Tutaq ki, rəsmi göstərilən 260 manat doğrudur, o zaman 260 x 3 = 780 manat edir. Ailə valideynlərlə bərabər 5 nəfərdən ibarətdir. Gələn il əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 317 manat olacaq. O zaman 317 x 2 = 634 manat xərc də bu rəqəmin üstünə gəlir. Beləliklə, dövlətin hesabı ilə götürsək, 780+634=1514 manat bir ailənin ən minimum xərcidir.

Bəs Azərbaycanda orta aylıq maaş bu xərci ödəyirmi? Xeyr! Çünki ölkədə orta əməkhaqqı 1100 manat civarındadır. Amma muzdla çalışan əhalinin azı üçdə ikisi bu qədər qazanmr. Ölkədə median əməkhaqqı 550-600 manat civarındadır. Məsələn, bir müəllim ailəsi, əgər evdə 1 nəfər işləyirsə, 900 manata qədər maaş ala bilər. Deməli, müəllim işləyib qazandığı pulla 3 uşaq böyüdə bilməz. Əgər ailədə 2 nəfər işləyirsə, 1515 manatlıq xərci zorla ödəyər. Təbii ki, 3 nəfərlik ailənin xərci şəhərdə 2000 manatdan yüksəkdir. Kəndə də bir az aşağı rəqəm ola bilər.

İndi gəlin, dövlətin müavinət vermədiyi 5 uşaqlı ailənin xərcini hesablayaq: 260 x 5=1300 manat. İki valideynin xərci də 634 manat, onları toplayanda 1934 manat edir. Azərbaycanda bu qədər gəliri olan neçə 5 uşaqlı ailə ola bilər? Bu barədə hər hansı statistika yoxdur. Amma uşaqların sayına görə ailələrin statistikası var: 3 uşaqlı ailələr ölkədə kifayət qədər geniş yayılıb - təxminən 256 min ailə bu kateqoriyadadır.

4 və daha çox uşaqlı ailələr nisbətən azdır (Statistika Komitəsinin məlumatında 8,2 % olaraq göstərilir), amma “4 və daha çox” kateqoriyasında 110 470 ailə olduğu bildirilir. Yəni, bura 4 və 5 uşaqlı ailələr daxidlir.

6 uşaqlı ailələrin sayına gəlincə, 9 332 ailə 6 uşağa görə müavinət alır. Statistika da göstərir ki, ölkədə say limiti qoyulduğuna görə on minlərlə ailə ehtiyacı olduğu halda müavinət ala bilmir. Bu ailələrin əksəriyyətinin sosial durumu yoxsulluq həddindədir, dövlət dəstəyindən məhrum edilmələri isə mənəvi, psixoloji əzabdır.

Bu yanaşma ədalətsiz olmaqla bərabər vətəndaşların Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasıdır. Bu problemi aradan qaldırmaq üçün yanaşma kökündən dəyişdirilməlidir, ailələrin maddi gəlirlərinə görə orada böyüyən uşaqlara müavinət təyin edilməlidir.

E. Rüstəmli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri