Icma.az
close
up
RU
“Ermənistan konstitusiyasındakı ərazi iddiaları maddəsi çıxarılmadan sülhdən söhbət gedə bilməz”

“Ermənistan konstitusiyasındakı ərazi iddiaları maddəsi çıxarılmadan sülhdən söhbət gedə bilməz”

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O deyib ki, Azərbaycan tərəfi hazırda Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi ilə suveren ərazilərimizə 90-cı illərdən mövcud olan iddiaların çıxarılması və Minsk qrupunun ləğvini gözləyir: "Hər iki dövlət sonuncu məsələ ilə bağlı ATƏT- ə müraciət edə bilər. Azərbaycan tərəfi münaqişənin həll edildiyini nəzərə alaraq, bu barədə bir müddətdir təklif irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Ümid edirik ki, Ermənistan real niyyəti barədə bizə məlumat verəcək. Ermənistandakı revanşist qüvvələrin fəaliyyətini nəzərə alaraq, bunu ciddi risk hesab edirik".
Ermənistanın Konstitusiyasında dəyişiklik edilmədiyi və Minsk qrupu ləğv olunmadığı təqdirdə sülh sazişinin imzalanması mümkün ola bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu iki məsələ, xüsusilə, Ermənistan konstitusiyasındakı ərazi iddiaları maddəsi çıxarılmadan sülhdən söhbət gedə bilməz:
“Düşmən tərəfi məkan kimi Bakı və ya Ankaraya belə razı olsa, biz konstitusiyalarında dəyişiklik olunmadan sülh sənədinə qol çəkə bilmərik. Minsk qrupunun ləğvi ilə bağlı Paşinyan hökuməti Azərbaycanın ardınca rəsmi müraciət etsə belə, bu heç nəyi dəyişməyəcək. Onsuz da Minsk qrupu zibilliyə atılmış bir qurumdur. Adının yaşaması heç nəyi dəyişmir. Sadəcə varlığını erməni havadarları yaşatmaq istəyir.  Erməni tərəfdən ara-sıra Minsk qrupunun ləğvi barədə fikirlər səslənir, amma rəsmi addım atılmır. Hesab edirəm ki, bu addım gec-tez atılacaq. Amma ərazi iddialarının konstitusiyadan çıxarılması istiqamətində dirəniş göstərməyə davam edəcəklər, düşünürəm ki, bu da nəticəsiz olacaq. Erməni xalqı da artıq müharibə istəmir. Müharibəsiz, bölgədə ərazi münaqişəsi yaşamadan daha firavan həyat sürə biləcəklərini görürlər. Paşinyan da əslində buna cəhd edir. Sadəcə revanşist qüvvələrin də əlinə şans vermək istəmir".
Siyasi şərhçi onu da əlavə edib ki, ən geci gələn ilə sülh müqaviləsi əldə olunacaq:
“Martın 14-də bu istiqamətdə verilən açıqlamalar da əslində buna bir mesaj idi. Bu ilin sonuna qədər Paşinyan hökuməti konstitusiya dəyişikliyinə gedə bilər. Artıq başqa yolları da qalmır. Minsk qrupu isə sonunda özünü buraxacaq, yəni sülh müqaviləsi əldə olunandan sonra. Çünki adlarının qalmasına belə ehtiyac qalmayacaq. Sonda məkan məsələsi ilə bağlı deyim ki, bunun Paris olmayacağı dəqiqdir. Rəsmi Bakı buna heç zaman razılıq verməz. Bakı və Ankaraya Ermənistan tərəfi razı olmaz, həmçinin İrəvan da mümkünsüzdür. Qalır, Moskva və Vaşinqton. İndiyə qədər Rusiyanın Vaşinqtonun sülh müqaviləsinin imzalanması məkanı kimi seçilməsinə razılıq verməyəcəyini mən də deyirdim. Amma indi hesab edirəm ki, situasiya Ağ Evdəki Tramp-Zelenski görüşündən sonra dəyişib. Yəni Kreml Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Vaşinqtonun görüş yeri kimi seçilməsinə razılıq verə bilər. Çünki, Tramp administrasiyasından Putin hələ ki, istədiyini almaqdadır. Bu hal müharibənin sonuna qədər davam edə bilərsə, məkan kimi niyə də Birləşmiş Ştatlar seçilməsin? Əslində Paşinyan da buna razılıq verə bilər. Moskva gəldikdə isə niyə də bu mümkün olmasın? Ağ Evin də buna ciddi şəkildə etiraz edəcəyini real saymıram. Fransa mane olmağa çalışacaq, amma unutmayaq ki, bu məsələdə Parisin rolu sıfıra enib. Kimdir, Ermənistanın "böyük bacı"sının nə deməsinə baxan?".
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri